SON DƏQİQƏ

“Mənə çılpaq qadınla sevişməyi təklif etdi” - Qalmaqal

Tarix:14-12-2017, 12:43

Dünya ulduzu, aktrisa Salma Hayek kino prodüser Xarvi Vaynşteyın seksual təzyiqlərindən danışıb.

"Qafqazinfo” xəbər verir ki, "The New York Times”a danışan aktrisa prodüsserin ona təcavüz etdiyini iddia edib. 

S. Hayek bildirib ki, seksual xarakterli  təzyiqlər 2002-ci ildən- "Frida" filminin çəkilişlərində başlayıb: "Mənə təklif edirdi ki, onunla birlikdə duş qəbul edim, özü, dostları məni masaj etsin. Mənə oral seks təklif edirdi. Mən isə buna razı olmurdum. O, başqa bir qadınla çılpaq səhnədə sevişməsəm çəkilişləri dayandıracağını deyirdi”. 

Aktrisanın sözlərinə görə, prodüserin təzyiqləri ilə bacarmaqda ona Edvard Norton, Antonio Banderas və Eşli Cadd kömək edib.

Xanım ulduz onu da bildirib ki, seksual təzyiqlərlə kifayətlənməyən Vaynşteyn onu dəfələrlə ölümlə hədələyib: "Səni öldürəcəm, elə bilmə ki, bunu bacarmaram".

Aysel Kərimova

 





скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ