SON DƏQİQƏ

Döyməsi olan Mardin və Şanlıurfa qadınları

Tarix:13-12-2017, 15:01

Reuters agentliyi Türkiyənin cənub-şərq bölgəsində döyməsi olan qadınların şəkillər silsiləsini hazırlayıb. Fotoqraf Ümit Bektaş həmin şəkilləri Şanlıurfa və Mardin bölgəsində çəkib.

Dövmeli kadınFotonun müəllifiREUTERS

"Türkiyənin döyməsi olan qadınları" adlı fotoalbomu açan ilk şəkil Mardinin Kızıltepe rayonundakı Dikmen kəndində çəkilib. Görüntüdə Hedla Göçmen körpə nəvəsini yırğalayır.

dövmeli kadınFotonun müəllifiREUTERS

Alakuş kəndinin 84 yaşlı sakini Ayşe Yusufoğlu deyir ki, qızlar gənc oğlanların diqqətini cəlb etmək üçün ana südü ilə his qarışığından hazırlanmış məhlulla üz, əl və ayaqlarına iynə ilə döymə vurarmışlar.

dövmeli kadınFotonun müəllifiREUTERS

Urfa rayonunun kəndində yaşayan 87 yaşlı Hulu Aydoğdu da öz döymələrini göstərir. Gənç qızlar döymələr üçün günəş, ay və ya daraq kimi təsvirləri seçərmiş.

dövmeli kadınFotonun müəllifiREUTERS

Hulu Aydoğdu deyir ki, döymə məhlulu üçün süd analardan, his isə ocaqda istifadə edilən qazanların dibindən alınardı.

dövmeli kadınFotonun müəllifiREUTERS

Ayşe Yusufoğlu və onun (sağdakı) bacısı 82 yaşlı Duri Yusufoğlu, Alakuş kəndindəki qohumlarına döymə vurmağı öyrədir.

dövmeli kadınFotonun müəllifiREUTERS

70 yaşlı Fatma Doğru, əlindəki döymələri göstərir.

dövmeli kadınFotonun müəllifiREUTERS

Bənzər döyməni 80 yaşlı Senem Doğrunun əllərində də görmək olar.

dövmeli kadınFotonun müəllifiREUTERS

Ayşe Yusufoğlu ve bacısı Duri, öz döymələrindən danışarkən gülürlər.

dövmeli kadınFotonun müəllifiREUTERS

Döymələrin rəngi vaxt keçdikcə solur.

dövmeli kadınFotonun müəllifiREUTERS

Qadınlar baldır və ayaq barmaqlarına da döymə vururlar.

dövmeli kadınFotonun müəllifiREUTERS

Fotoğraflar: Ümit Bektaş (Reuters)

 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ