SON DƏQİQƏ

Azərbaycanlı model: "Təbii ki, zəngin kişi, sevgi qarın doyurmur"

Tarix:26-10-2017, 12:47

Dilbər Məmmədova ölkəmizin perspektivli gənclərindəndir. Hazırda Türkiyədə yaşayan Dilbəri hamı "Rafet El Romanın klipində çəkilən azərbaycanlı qız" olaraq tanıyıb.
Haqqında bir çox şaiyələr yayılsa da, GoldNews.Az olaraq bu gözəl modeli olduğu kimi, bütün səmimiyyəti ilə sizinlə tanış etmək istədik. 
Aktrisa, model Dilbər Məmmədova ilə baş tutan yeni müsahibəmizi təqdim edirik:
- Salam, Dilbər xanım. Bir neçə gün bundan öncə türk müğənni Ozan Köçərin "Yakdim gemileri" klipində çəkilmisiniz. Bu, artıq qardaş ölkədə yer aldığınız ikinci ekran işidir. Aldığınız qonorarlar sizi qane edir?
- Bəli, bu artıq mənim çəkildiyim ikinci klip idi. Aldığım qanorar məni tam qane edir.






-Yeni işinizdən danışın bir az. Necə oldu ki, Ozanla tanış oldunuz, klipinə çəkildiniz?
- Mən ilk olaraq Kemal bəylə tanış oldum və təklif də "Kemal Aslan" film menecerliyi, musiqi şirkətindən gəldi. Kemal Aslan tərəfindən qurulan bu şirkət Türkiyənin ən öndəgedənlərindəndir. Qürur hiss ilə bu şirkətlə işbirliyimi davam etdirirəm. Əminəm ki, daha gözəl işlərə imza atacağıq.






- Türkiyə deyəsən, Vətəndən şirin gəlir. Orada yaşayırsınız?
- Xeyr, əlbəttə ki, mənim öz Vətənim daha əziz və doğmadır. Sadəcə İstanbulda yaşamaq mənim uşaqlıq arzum olub. Əlbəttə ki, buranın şou-biznesi məni daha çox cəlb edir. Buna görə də hər bir işimi İstanbulda görmək qərarına gəldim.
- Rafet El Romanın siz çəkilən klipini hələlik ekranlarda görmürük. Nə vaxtdan etibarən yayımlanacaq?
-Rafet bəyin klipinin yayımlamağına hələ bir neçə ay var.  Çünki hələ tam hazır deyil. Biz hələlik sadəcə Bodrumda yay görüntülərini çəkdik. Davamı irəlidədir.







- İmkanlı, bir dediyinizi iki etməyən, sizi sevdiyiniz hədiyyələrlə təmin edən sevgili, yoxsa ailəsinə sadiq, sizi dəlilər kimi sevən, amma kasıb ər?
- Bu sualınıza səmimi cavab verəcəyəm. Necə deyərlər, sevgi qarın doyurmur. Əlbəttə ki, hər ikisi bir arada olsa, daha yaxşı olar.
- Monika Belluci, yoxsa Penelupe Kruz?
- Mənə görə, Monika.







- Siz də Kardaşyan ailəsini sosial mediada izləyir və onları bəyənirsiniz?
- Əlbəttə ki, xeyr. Axı, onlar bizim bir nömrəli düşmənlərimizdir. Onları necə sevmək olar?  Sevən bəzi dırnaqarası xanımlarımız da özlərinə, vətəninə, xalqına hörmət qoymayan insanlardır.
- Ən son nə zaman çıxılmaz vəziyyətə düşüb, utanmısınız?  
- Ən sevdiyim suallardan biri məhz bu oldu. Bu yaşıma kimi atdığım addımlara həmişə diqqət etmişəm. Çalışmışam ki, heç zaman etdiyim əməllərə görə nə utanım, nə də peşman olum. Rafetlə çəkildiyim klipin görüntülərindən sonra məhz mənim elə öz xalqım sosial mediada yazdığı şərhlərdə ağılagəlməz cümlələrlə məni sözün əsl mənasında peşman etdilər. Düzdür, utanmadım, çünki burda utanılası heçnə yoxdur. Bu, sadəcə olaraq mənim gördüyüm bir işdir. İstanbula köçməyimin elə birinci səbəbi insanların məni tanımadan, haqqımda səsləndirdikləri fikirlər və qeybətdir.  Bir sözlə, mən artıq o həyatdan baş götürüb qaçdım.скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ