SON DƏQİQƏ

Yeni ili Azərbaycanın bölgələrində keçirmək istəyirsinizsəO ZAMAN 2000 MANAT ÖDƏMƏLİSİNİZ

Tarix:23-12-2017, 00:14

Yeni ilə az qalıb və artıq insanlar Yeni ili daha maraqlı olması üçün harada qarşılacayağı barədə düşünür. Hər bir insan imkanından asılıolaraq Yeni ili ya Azərbaycandan kənarda, ya da ölkə daxilində keçirməyi planlaşdırır. Azərbaycan daxilində Yeni ili qarşılamaq istəyənlərin əksəriyyəti evlərində deyil, bölgələrdə, xüsusən də qış turizm mərkəzlərində və yaxud dağ qoynunda, meşədə keçirməyi arzulayır. 

İndi demək olar ki, Azərbaycanın bölgələrində Yeni ili qarşılayanların sayı artmaqdadır. Necə deyərlər, insanlar Yeni ili Bakıda və yaxud evlərində deyil, təbiətin qoynunda daha maraqlı qarşılamaq istəyirlər. Bunu nəzərə alan bölgələrdəki turizm mərkəzləri xüsusi yeni il proqramları təşkil etməyi planlaşdırırlar.

Bütün bunları nəzərə alaraq Azərbaycandakı tanınmış qış turizm mərkəzlərində Yeni il ərəfəsindəki qiymətlərlə bağlı sorğu keçirib.

Sorğuda çox maraqlı məqamlar ortaya çıxıb. İnsanlarımız imkansızlıqdan şikayətlənsələr də, sorğunun nəticəsi tamam fərqli bir mənzərəni ortaya qoydu. Belə ki, sorğunun nəticəsində bəlli oldu ki, Qusardakı Şahdağ və Qəbələdəki Tufandağ qış turizm mərkəzlərində Yeni ili qarşılamaq üçün artıq yer yoxdur və bütün yerlər bron edilib. Məsələn, Qəbələdəki Tufandağ qış turizm mərkəzində dekabrın 29-dan 2018-ci il yanvarın 11-dək bütün yerlər doludur.

Qusardakı Şahdağ turizm mərkəzində isə yanvarın 3-dək bütün yerlər artıq satılıb və yer yoxdur.

Qiymətlər də necə deyərlər "ceyran belində”. Çünki Yeni ildə 3-4 günlük ailəvi istirahət üçün ən azından 2 min manatınızdan keçməlisiniz.

Beləliklə, Şahdağda Yeni ili qarşılayanlar üçün 3 günlük paketin qiyməti iki nəfərlik 1850 manatdır. Uşaqlar 6 yaşadək 50 AZN, 6 yaşdan yuxarı 12 yaşadək 100 AZN-dir.

Qəbələdəki Tufandağda isə bir günlük iki nəfərlik otel otaqları 850-1000 manat civarındadır.

Qubadakı "Rixos Quba Azerbaijan” otelində 31 dekabrdan 2 yanvaradək nəzərdə tutulan, xırda incəliklərinə qədər düşünülmüş bayram paketləri qiymətləri isə aşağıdakı kimidir.

Deluxe Mountain View King – 1999 AZN
Deluxe Mountain View Twin – 1999 AZN
Deluxe Lake View King – 2099 AZN
Deluxe Lake View Twin – 2099 AZN
Junior Suite – 2199 AZN
Honeymoon Suite – 2399 AZN
Family Suite (4 nəfərlik) – 3399 AZN
Manna Villa (2 nəfərlik) – 2499 AZN
Midiya Villa (6 nəfərlik) – 5999 AZN
Urmiya Villa (8 nəfərlik) – 7999 AZN
Atropetana Villa (8 nəfərlik) – 7999 AZN

Şərtlər və müddəalar:
18% ƏDV daxildir.
Qiymət 3 gün 2 nəfər üçün nəzərdə tutulub.
Qiymətə qıdalanma, Wi-Fi xidmətinə ödənişsiz qoşulma, otelin əlavə xidmətlərindən istifadə (hovuz, sauna, türk hamamı və fitnes zal) daxildir.

2 yaşadək uşaqlar üçün ödəniş tələb edilmir;
2-6 yaşlı uşaqlara əlavə çarpayı üçün 50 AZN, 6-12 yaşlı uşaqlara 100 AZN, 12 yaşdan böyük şəxslər üçün 150 AZN ödəniş tələb olunur. Qiymət 1 gün üçün nəzərdə tutulub.

Siyəzəndəki "Qalaaltı Hotel"də 31 Dekabr – 3 Yanvar – 3 gecə 4 gün üçün 2 nəfərlik kotej otaqları: 1350 AZN, 2 nəfərlik otel otağı – 1850 AZN-dir. Qiymətlərə 3 gecə 4 gün hoteldə gecələmə, 3 dəfə qidalanma, hovuzdan istifadə (Açıq və qapalı), fitness mərkəzi, sauna, türk hamamı daxildir. Burada 6 yaşadək 1 uşaq ödənişsizdir.

Şəkidəki "Marxal" istirahət mərkəzində isə Yeni il paketi digərlərindən bir az ucuzdur. Belə ki, 31 dekabrdan 3 yanvaradək Standart Room – 1170 AZN, Standart Room Balcony – 1770 AZN  təşkil edir. Bu qiymətlərə oteldə gecələmə (3 gecə/4 gün), 3 və 2 dəfə qidalanma daxildir.

Bu qiymətlər 2 nəfər üçün nəzərdə tutulur və minimal olaraq 3 gecə rezerv edilir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ