SON DƏQİQƏ

700 bal toplayan tələbələr necə oxuyurlar...

Tarix:12-12-2017, 16:23

Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərərək, 700 bal toplayan tələbələr daim ictimaiyyətin diqqət mərkəzində olur. Son illərin müşahidəsi göstərir ki, 700 bal toplayanların heç də hamısı tələbə olandan sonra təhsili yüksək nəticələrələ başa vura bilmir. Hətta, universiteti çox aşağı qiymətlərlə bitirənlər də olur.

bu il 700 bal toplamış birinci kurs tələbələri ilə əlaqə saxlayıb, onlardan dərslərin necə getdiyini xəbər alıb. Nəzərə alsaq ki, qarşıdan qış imtahan sessiyası dövrü gəlir, deməli çətinliklər qaçılmazdır.

İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbin məzunu Vahab Cəbrayılov Bakı Ali Neft Məktəbində (BANM) proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır.

"Dərslərimi çox yaxşı oxuyuram. Hələ ki çətinliyim yoxdur. Qış imtahanlarından da yaxşı keçəcəyimə əminəm”.
 

Ağcabədi rayonu 3 saylı məktəb liseyin məzunu Arzu Məmmədova  İqtisad Universitetinin  beynəlxalq iqtisadi məktəb və maliyyə ixtisası üzrə təhsil alır.

"Qrup nümayəndəsiyəm. Təhsilimi ingilis dilində alıram. Orta məktəbi Azərbaycan bölməsi üzrə bitirsəm də, ingilis dilində oxumağın çətin olduğunu düşünürdüm. Amma çətin olmadı. Dərslərimi yüksək qiymətlərlə oxuyuram”.

Paytaxtdakı Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılova  Bakı Dövlət Universitetinin Hüquq fakultəsində oxuyur:

"BDU-nun Hüquq fakultəsində Azərbaycan dili üzrə təhsil alıram. Dərslərdən çətinliyim yoxdur. Müəllimlərim də çox yaxşıdırlar. Onlardan öyrənməyə dəyər. Qış imtahanlarından da yaxşı nəticə gözləyirəm”.

Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova da Bakı Dövlət Universitetinin Hüquq fakultəsində təhsil alır.

"Təhsilim ingilis dilindədir. Dərslər yeni başlayanda çətinliyim vardı. Şükürlər olsun ki, indi hər şey qaydasındadır. Dərslərimi yaxşı oxuyuram. Sadəcə, çətinliyim ədəbiyyatların tapılması ilə bağlıdır. Başqa problemim yoxdur”.

Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədova  ADA Universitetində təhsil alır.

"ADA-nın İctimai münasibətlər fakultəsində oxuyuram. Tədris prosesindən  razıyam. Hələ ki yaxşı oxuyuram. Zəif nəticə göstərmirəm. Demək olar, dərslərimə daha yaxşı vaxt ayırıram”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ