SON DƏQİQƏ

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi

Tarix:18-11-2017, 20:09

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ”ın qonağı olacaq "Çelsi” onlar üçün ayrılmış biletlərin bir hissəsindən imtina edib.

Bu haqda "Qarabağ” futbol klubundan məlumat verilib.

Bildirilir ki, oyuna olan böyük marağı nəzərə alan "Qarabağ” rəhbərliyi həmin biletləri (308 və 309-cu sektorlar) bu gündən etibarən satışa çıxarıb. Təxminən 1000 bilet artıq satışdadı.

 

Azarkeşlər satış məntəqələrinə yaxınlaşaraq, biletləri əldə edə bilərlər.

 

Satış məntəqələri:

"Gənclik mall” və "28 mall”

"Park Bulvar” (Qarabağ FK Fan-şop)

M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti

Heydər Əliyev Sarayının kassası

Asan Xidmət mərkəzləri

Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası).

Xatırladaq ki, "Qarabağ” - "Çelsi” oyunu iyunun 22-də keçiriləcək.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ