SON DƏQİQƏ

Deputat oğlundan ‘həftəlik qazancının yarısı mənim’ şərti...

Tarix:20-09-2018, 23:27

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan 1 milyonluq dələduzluq işində təqsirləndirilən şəxs kimi hakim önünə Elnur İbrahimov çıxarılsa da, prosesdə deputat Elmira Axundovanın oğlunun da adıaz qala, onun qədər hallanır.

Elnur İbrahimovun birgə biznes adıyla pul alıb aldatdığı iddia olunan şəxslərin çoxu düşdükləri ziyana görə Həbib Axundovu günahlandırırlar.

Sentyabrın 20-də məhkəmədə dindirilən Rauf Bəşirov Yasamal rayonunda çay evi işlədir. Dediyinə görə, Həbib Axundov da ora gəlib-gedirmiş, ona görə aralarında münasibət yaranıb. Sonradan Həbib Axundovun dostu Elnur İbrahimovla tanış olub.

Rauf Bəşirov məhkəmədə bildirib ki, Elnurun katric biznesinə qoşulmaq öz təşəbbüsü olub:

"Çünki dost-tanış bu işə girişmişdi, fikirləşdim ki, mən də pul qoyum, qazanım".

"600 MANATIN 300-NÜ HƏBİBƏ VERMİŞƏM”

Ancaq Bəşirovun istintaqdakı ifadəsi fərqlidir. Həmin ifadə məhkəmədə elan olunub. Rauf Bəşirov orada deyib ki, onu bu işə deputat oğlu təhrik edib, qarşısında da şərt qoyub, həftəlik qazancın yarısı onun olmalıdır: "Həbib dedi ki, Elnur yaxşı iş qurub. Onun təşəbbüsü ilə bu biznesə qoşuldum. Həbib şərt qoydu ki, həftəlik qazancdan yarısını ona verməliyəm. Pula ehtiyacım olduğundan razılaşdım. Həftəyə gələn 600-650 manatın 300-nü Həbibə vermişəm".

Rauf Bəşirov ifadələri arasındakı ziddiyyəti belə izah edib ki, onlar Həbib Axundovla çox iş görüblər, ona görə çox şeyi xatırlamır.

Həbib Axundov özü də məhkəmədə deyilənlərə münasibət bildirib: "Rauf dedi ki, hamı Elnurla işləyir, pul qazanır, məni də o işə qoş, pul qazanım. Mən də buna görə Elnurdan xahiş etmişəm".

Orxan Xanbalayev adlı şahid də məhkəmədə danışıb. O deyib ki, 50 min manat pulunu Elnurdan ala bilməyib. Elnur İbrahimov xeyli vaxt yoxa çıxandan sonra onu Həbib Axundovgilin bağ evində tapıb. Həmin vaxt orada pulu batan başqa adamlar da olub. Orada İbrahimov etiraf edib ki, biznes-filan olmayıb, piramida qurub, pulu bundan alıb, başqasına verib. Bundan sonra ziyana düşən insanlar polisə şikayət ediblər.

Həbib Axundovu günahlandıran zərərçəkmişlərin bəzisinə dəymiş ziyanın bir qismini deputat və oğlu ödəyib. Bunu Elmira Axundova özü də mediaya açıqlamalarında təsdiqləyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ