SON DƏQİQƏ

Hansı yaşda əks cins maraqlı olur? - Necə ola bilər ki, belə bir qadın sizin üçün cəlbedici olmasın?”

Tarix:20-08-2018, 16:04

Miçiqan Universitetinin sosiologiya bölməsinin nümayəndələri apardıqları tədqiqatın nəticəsində aydınlaşdırıblar ki, kişilər və qadınlar hansı yaşda bir-birləri üçün cəlbedici olur. Tədqiqatda 200 min adam iştirak edəcək.

Sosioloqlar sosial şəbəkələr vasitəsi ilə əks cinslərin onlara məlum olmayan eksperiment iştirakçılarından aldıqları məlumatları öyrənib.  
Tədqiqatçılar bu nəticəyə gəliblər ki, hər iki cinsin nümayəndələri cəlbedici adamların profillərinə reaksiya verməyə daha çox meyl edirlər. Məlum olub ki, qadınlar üçün potensial tərəfdaşın intellekt və təhsili daha vacibdir. Kişilər isə bu göstəriciyə etinasız yanaşırlar, təhsilli qadınlar isə onları ehtiyatlandırır.
Alimlər bu qənaətə gəlirlər ki, kişilər öz populyarlıqlarının pik nöqtəsinə 50 yaşında çatır, qadınlar isə 18 yaşında. Bundan sonra cəlbedicilik faktoru eniş dövrünü yaşayır.
Amma, psixoloq Mişel Druan tədqiqatın bu nəticələri ilə razılaşmır.

"Təsəvvür edin ki, qadın sizin sevimli romanınızdan parçaları sitat gətirir, bir neçə dildə danışır, eyni zamanda xəstəliklərin müalicəsinin yeni üsullarının axtarışı ilə məşğuldur. Necə ola bilər ki, belə bir qadın sizin üçün cəlbedici olmasın?” - Draun təəccüblənib.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ