SON DƏQİQƏ

İsmayıllı: "İşdən çıxarılan rayon prokuroru həbs edilib"

Tarix:28-07-2018, 13:21

Cümə axşamı günü işdən çıxarılan İsmayıllı rayonunun prokuroru Ülvi Abbasov həbs edilib.

Bu barədə məlumatı BBC News Azərbaycancaya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl "yol verdiyi ciddi nöqsanlarla" əlaqədar vəzifədən azad edilən İsmayıllı rayon prokuroru Ülvi Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cənab Sultanov bildirib ki, Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyev barəsində eyni maddə üzrə - külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi başlanıb.

Ülvi Abbasov və Faiq Quliyevin ailəsi və vəkili ilə əlaqə saxlamaq mümkün olmayıb.


Baş Prokurorluq iyulun 26-da cənab Abbasovun tutduğu vəzifədən azad edilməsi, onun böyük köməkçisi Faiq Quliyevin isə həbs edilməsi barədə məlumat yayıb.

Prokurorluğun məlumatında deyilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vətəndaş müraciəti əsasında Faiq Quliyevin iki karxananın fəaliyyəti barədə apardığı araşdırma nəticəsində cinayət işinin başlanılmaması üçün külli miqdarda pul vəsaitini rüşvət kimi alması barədə əsaslı şübhələr müəyyən edib.

"Faiq Quliyevin rayon Prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb."

Məlumata görə, cənab Quliyev təkrar rüşvət alma və külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunub.

Baş prokurorluq cənab Abbasov və Quliyevin "vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə" Prokurorluq haqqında, Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də "Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi"nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsinin müəyyən edildiyini bildirib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ