SON DƏQİQƏ

Azərbaycan şirkəti Qırğızıstanda fəhlələrin pulunu vermir

Tarix:26-07-2018, 11:51

Qırğızıstanın Batkensk vilayətində yol inşaatında çalışan fəhlələr Azərbaycan şirkətindən bir neçə aydır ki, maaşlarını ala bilmir və tətilə başlayıblar. Virtualaz.org "Azadlıq” radiosunun qırğız xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın "ALKE İnşaat Sənaye və Ticarət” ASC şirkəti Oş-Batken-İsfana avtomobil yolunun tikintisi üçün podratçıdır.

İyulun 21-də Qırğızıstanın nəqliyyat və yollar naziri Jamşitbek Kalilov Batken vilayətinin Uç Korqon kəndində tətil edən fəhlələrlə və layihəni maliyyələşdirən İslam İnkişaf Bankının nümayəndələri, o cümlədən podratçı şirkətin rəhbələri ilə görüşüb. Şirkətə tapşırılıb ki, tezliklə fəhlələrin əmək haqlarının ödənilməsini təmin etsin. Şirkət isə nazirə vəd verib ki, iyulun 25-də Bakıdan onlara pul göndəriləcək və maaşları iyulun 30-dan başlayaraq ödəyəcəklər.

 

Lakin fəhlələr bu vədə inanmayaraq iyulun 25-dən tətilə başlayıblar. Tətil edənlərin sayı 40 nəfərə yaxındır. "Maaşlarımızı artıq dörd aydır vermirlər. Aldada aldada bu vaxta qədər uzadıblar. İş ləngiyir. Keçən dəfə nazir dedi ayın 25-də ödəyəcəklər, amma ödəmədilər”-tətil edənlərdən biri Alıbek Pazılov deyib.

Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyinin məlumatına görə 108 kilometrlik Oş-Batken-İsfana avtomobil yolunun tikintisinin maliyyələşdirilməsi üçün İslam İnkişaf Bankı ilə 21 milyon dollarlıq kredit müqaviləsi bağlanıb. Ötən il mayın 11-də nazirliklə "ALKE İnşaat Sənaye və Ticarət” ASC arasında 18 milyon dollarlıq tikinti işlərinin yerinə yetirilməsinə dair müqavilə bağlanıb.

Məlum deyil ki, Qırğızıstanda yolun tikintisini İslam İnkişaf Bankı maliyyələşdirirsə "ALKE İnşaat Sənaye və Ticarət” ASC fəhlələrin maaşlarını ödəmək üçün pulları niyə Bakıdan aparır?

"ALKE İnşaat Sənaye və Ticarət” ASC 2011-ci ildə fəaliyyətə başlayıb. Baş ofisi Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/26 ünvanında yerləşir. Bu ilin sentyabrında "ALKE İnşaat və Ticarət” ASC "Azərsu” ASC-nın Heydər Əliyev prospektində inşası yarımçıq qalmış inzibati binasının tikintisinin tamamlanması üçün müqavilə bağlayıb. Müqavilənin dəyəri 44.1 milyon dollardır.

Bu şirkət habelə Azərbaycanda bəzi yol-nəqliyyat infrastrukturu layihələrində podratçı olub və mətbuatda şirkətdən maaşlarını ala bilməyən fəhlələr barədə şikayətlərə rast gəlmək olur.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ