SON DƏQİQƏ

Rusiyaya çağırış: Məhbəslərdə işgəncə araşdırılsın

Tarix:26-07-2018, 11:23

BMT-nin insan haqları ekspertləri Rusiya hakimiyyətini ölkə həbsxanalarında və əmək düşərgələrində geniş yayıldığı iddia olunan işgəncə hallarını araşdırmağa çağırıb. Bu hallara döyülmə, elektroşok, boğulma daxildir.

BMT-nin İşgəncəyə qarşı Komitəsinin sədri Jens Modvig iyulun 25-də Cenevrədə Rusiyayla bağlı dinləmədə çıxış edib. Onun sözlərinə görə, "Avropa Şurasının üzvləri sırasında Rusiyada məhbus ölümü ən yüksək həddədir, hər il 600 min məhbusdan 4 mini dünyasını dəyişir”.

"İşgəncə geniş tətbiq olunur, ancaq bu cinayətin ciddiliyinə uyğun cəzanı təmin edəcək qayda yoxdur”, – Modvig deyib.

Rusiya hakimiyyəti iyulun 23-də altı həbsxana mühafizəçisini saxlayıb. Bundan bir neçə gün öncə "Novaya Gazeta” azı 10 mühafizəçinin bir məhbusa işgəncə verdiyini, döydüyünü göstərən video yaymışdı.

Makarov-un vəkili Irina Biryukova video yayılandan dərhal sonra Rusiyanı tərk edib
Makarov-un vəkili Irina Biryukova video yayılandan dərhal sonra Rusiyanı tərk edib

Modvig deyib ki, bu video məhkəmə sistemində təhlükəsizliklə bağlı suallar yaradıb. O, dinləmədə iştirak edən Rusiya nümayəndə heyətini məhbus Yevgeny Makarov-un döyülməsini kimin araşdırdığını, istintaqın nə vaxt tamamlanacağını aydınlaşdırmağa çağırıb. Makarov-un ölkədən qaçmış vəkilinin təhlükəsizliyinin təminatından ötrü hakimiyyətin nə etdiyi də müəyyənləşdirilməlidir.

Rusiya nümayəndə heyətinin iyulun 26-da komitəyə detallı cavablar təqdim edəcəyi gözlənir.

ADEKVAT CƏZA

Komitənin amerikalı üzvü Felice Gaer isə Makarov-u döyənlərin məsuliyyətə cəlb olunacağına təminat istəyib.

"Bu şəxslərin işgəncəyə adekvat şəkildə məsuliyyətə cəlb olunacağını hardan bilək? Axı, Sergei Magnitsky işində, digər işlərdə aşağı rütbəli məmurlar cəzalandırıldı… ya da adamlara sadəcə inzibati cəza, cərimə kəsildi”, – Gaer deyib.

Rusiyalı vəkil Magnitsky 2009-cu ildə həbsdə dünyasını dəyişib, onun döyüldüyü, tibbi müalicədən məhrum olunduğu iddia edilirdi.

Rusiya ədliyyə nazirinin müavini Mikhail Galperin isə komitəyə bildirib ki, həbsxanalarda gücdən istifadəni sərt qaydalar tənzimləyir.

Onun deməsinə görə, hansısa məhbəs ziyan görəndə, özəlliklə də, fiziki güc tətbiqindən dünyasını dəyişəndə prokuror bir gün ərzində sənədlərlə birlikdə bu haqda informasiya əldə edir.

Ancaq Galperin işgəncəyə görə hər hansı məmurun mühakimə olunduğunu açıqlamayıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ