SON DƏQİQƏ

‘Əgər, icra başçısı mühafizəçi ilə gəzirsə,...’

Tarix:6-07-2018, 00:30

Ölkədə baramaçılığın inkişafı, regionların kreditləşdirilmə vəziyyəti, Gəncə Şəhər İcra Hakimiyyəti başçısına silahlı basqın və başqa məsələlər medianın aparıcı mövzularındandır...

"İcra başçısı xalqın yanında olmalıdır”


"Gəncədə baş vermiş hadisəyə təəssüf edirəm. Baş vermiş hadisəni hüquq-mühafizə orqanları mütləq araşdıracaq və məsələnin mahiyyəti ortaya qoyulacaq”. F.Ağamalı bildirib.

Amma deputata görə, məmur vətəndaş münasibətləri bu həddə çatdırılmamalı idi.

Elmar Vəliyev
Elmar Vəliyev

F.Ağamalı baş vermiş olay fonunda icra başçılarının cangüdənlə gəzməsinə də mövqe bildirib:

"İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var? İcra başçısı xalqın içində olmalıdır. Əgər, icra başçısı mühafizəçi ilə gəzirsə, işdən evə xüsusi polis maşınları ilə müşayiət olunursa, bu, başadüşülən deyil. Düşünürəm ki, burada incə məsələlər var. Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim. Hər halda, hadisəninnəticələrini gözləyək”.

F.Ağamalı deyib ki, dövlət məmuru hətta cinayətkarın özü ilə də elə davranmalıdır ki, o,belə addım atmasın:
" Dövlət məmurunun da bacarığı, qabiliyyəti elə ondadır ki, bu cür hallara yol verməsin. Düzü, buna xüsusi şərh vermək istəməzdim”.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısına və cangüdəninə sihalı hücumla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ