SON DƏQİQƏ

HACIBALA ABUTALIBOV BŞİH-dən AYRILA BİLMİR - Hər gün işə gedir + FOTO

Tarix:27-05-2018, 13:18

Bir aydan artıqdır Azərbaycan prezidenti İlham Əliyev sərəncamı ilə Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.O, aprelin 21-də Baş nazirinin müavini vəzifəsinə təyin edilib. H.Abutalıbovun boş qalmış vəzifəsinə isə müxtəlif şəxslərin adı adı çəkilsə də, hələlik təyinat yoxdur.

Maraqlısı olan odur ki, Hacıbala Abutalıbov Bakı meriyasından ayrıla bilmir. Criminal.az saytına daxil olan məlumata görə, H.Abutalıbov hər gün köhnə işinə baş çəkir. O, günün ilk yarısını Nazirlər Kabinetində, ikinci yarısını isə Bakı Şəhər İcra Hakimiyyətində keçirir.

1527400354_1527352469_1411488778_f54578

Qeyd edək ki, Hacıbala Abutalıbov Bakı meri postundan getsə də, paytaxtın icra başçısının xidməti maşını olan 10 AA 008 dövlət nömrə nişanlı, BMW markalı avtomobili təhvil verməyib. Belə ki, H.Abutalıbov hələ də həmin maşından istifadə edir. Unikal.orq-a istinadən həmin fotoları təqdim edirik.

Hacıbala Abutalıbov hələ də Bakı merinin xidməti maşınında gəzir - FOTOLAR
Hacıbala Abutalıbov hələ də Bakı merinin xidməti maşınında gəzir - FOTOLAR
Hacıbala Abutalıbov hələ də Bakı merinin xidməti maşınında gəzir - FOTOLAR

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ