SON DƏQİQƏ

Azərbaycanda 181 ölüyə pensiya yazılıb- Səlim Müslümova ŞOK İTTİHAM - RƏSMİ

Tarix:11-05-2018, 23:53

Azərbaycanda vəfat etmiş 181 nəfərə qanunsuz olaraq pensiya yazılıb. 

bu barədə "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatında qeyd olunub.

Sənəddə göstərilib ki, aparılmış audit tədbirləri 2016-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasında mövcud potensialın qiymətləndirilməsi, gəlirlərin və xərclərin icra vəziyyətini əhatə edib.

Hesabatda bildirilib ki, qeyd olunan dövrdə qeyri-büdcə sektoru üzrə debitor borcların aradan qaldırılması istiqamətində Fondun fəaliyyəti həmin tədbirləri tam əhatə etməyib.

Auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin, eyni zamanda Fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu uzun illər eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun birbaşa nəzarətində olub.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ