SON DƏQİQƏ

YENİ NAZİR BAYTARLIQ XİDMƏTİNİ YOXLATDIRIR – “Ətlik mal-qaranı damazlıq kimi sənədləşdiriblər”

Tarix:7-05-2018, 14:15

Yeni Kənd təsərrüfatı naziri İnam Kərimovun Azərbaycanın ən dərin korrupsiya bataqlıqlarından birini – kənd təsərrüfatı sektorunu dirçəldəcəyinə cəmiyyətdə inam böyükdür. Bu inam, heç şübhəsiz ki, nazirin ASAN Xidmətdəki fəaliyyətinə və uğurlarına əsaslanır.

Yeni nazir cəmiyyətin bu gözləntisini qarşılamaq əzmində olduğunu artıq nümayiş etdirməyə başlayıb. Belə ki, İ.Kərimov işə başlar-başlamaz Kənd Təsərrüfatı Nazirliyinin ən çox korrupsiyalaşmış strukturunun – "Aqrolizinq” ASC-nin rəhbəri Elşən Məmmədovu vəzifəsindən uzaqlaşdırdı, digər strukturlarda isə ciddi yoxlamalar aparır. Bu gün bu barədə nazir müavini İlham Quliyev də açıqlama verib.
"Hansı kadr ki, öz işini, səlahiyyətini normal həyata keçirir, onu dəyişməyə ehtiyac yoxdur. Yeni nazir əvvəlki sədr Elşən Məmmədovun fəaliyyətindən narazı qalıb. "Aqrolizinq” hansısa nöqsanlar, çatışmazlıqlar olub. Ora yeni nəfəs vermək üçün gənc kadrlar təyin olunub. İnanıram ki, yeni təyin olunanlar etibamı doğruldacaq”– o, Report-a açıqlamasında bildirib.

Nazirlikdəki mənbənin "AzPolitika.info”ya verdiyi məlumata görə, nazir İnam Kərimovun "Aqrolizinq”dən sonra əsas diqqəti Dövlət Baytarlıq Xidmətinə yönəlib. Hazırda nazir bu Xidmətin rəhbərliyinin fəaliyyətini qiymətləndirir. "Elə ilk araşdırmalar nəticəsində bu Xidmətin də çox ciddi şəkildə korrupsiyaya bulaşdığı öz təsdiqini tapıb. Məsələn, məlum olub ki, Xidmətin rəhbərliyi ətlik mal-qara idxalçıları ilə işbirliyi quraraq, ölkəyə gətirilən ətlik mal-qaranın çox əhəmiyyətli hissəsini damazlıq kimi sənədləşdirib. Bilirsiniz ki, ölkəyə gətirilən damazlıq mal-qara gömrük rüsumundan azaddır. Baytarlıq Xidməti rəhbərliyinin işbazlarla bu işbirliyi dövləti külli miqdarda ziyana salsa da, əksinə, onların özlərinə milyonlar qazandırıb” – mənbə bildirir.

azer

Mənbə əlavə edib ki, belə faktlar yüzlərlədir və yaxın günlərdə yeni nazirin Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanovla bağlı qərar verəcəyi gözlənilir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ