SON DƏQİQƏ

DEPUTATLARIN SEÇKİ RƏQSİ – VİDEO

Tarix:14-04-2018, 00:17

Sosial şəbəkələrdə deputat Hadı Rəcəblinin seçkidən sonra aşıq havasına rəqs etdiyi əks olunan video paylaşılıb. Xətai rayonunda yerləşən Dairə Seçki Komissiyasının qarşısında H.Rəcəbli digər həmkarı və dostu Hüseynbala Mirələmovla aşıq havasının sədaları altında rəqs bacarıqlarını nümayiş etdirirlər.

Xatırladaq ki, H.Mirələmov Xətai rayonunun deputatı olsa da, H.Rəcəbli parlamentdə Lənkəranı təmsil edir və belə əhəmiyyətli gündə nədənsə Lənkəranda yox, Bakıda "performans göstərir”.

Əslində, deputatların rəqs etməsində qeyri-adi nəsə axtarmırıq və bu ölkənin hər imkanlarından gen-bol istifadə etdikləri kimi, rəqs etmək haqqını da onlardan kimsə ala bilməz. Sadəcə, diqqətimizi istər-istəməz ifa olunan mahnının sözləri cəlb etdi – aşıq deyir: "Əsli tək maralın tayı hansı mahalda, eldə var…?”


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ