SON DƏQİQƏ

Qusarda Hüseyn Bağırovun işçisini kim döyüb?

Tarix:21-10-2017, 11:50

Qusarda Hüseyn Bağırovun işçisini kim döyüb?


Qusar rayon Polis Şöbəsinin rəisi Meşə fonduna aid topraqlarda qanunsuz olaraq, özü üçün villa tikdirir

Dünən Cəmil Məmmədli öz facebook səhifəsində Qusar rayonunda baş verən qanlı olayla bağlı bəhs etmişdir. Cəmil Məmmədlinin paylaşdığı məlumatı olduğu kimi təqdim edirik: Başqa vaxtı "it küçükləyən” kimi, onu hadisəyə çevirib, aləmə səs-küy salan bölgə jurnalistlərimiz, bu faktı niyə gizlədir bilmirəm. Bəlkə də əksinə, əla bilirəm. Zorlamanı, intiharı, başqa-başqa gic-gic hadisələri "operativ şəkildə” yaymağa çalışan jurnalistlərimiz, bu dəfə nəsə görməməzdən gəlir. Səbəb???




Oktyabrın 13-ü, saat 16 radələrində, Qusar rayonunda, meşə gözətçisi Abdullayev Səbuhi Nurəddin oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən, rayon Polis Şöbəsinin iki əməkdaşı, Ədalət və Əsman adlı polislər tərəfindən vəhşicəsinə döyülüb. Polislər tərəfindən döyülərək meşədə atılıb qalan meşə gözətçisini isə, onun yoxluğundan narahat olaraq axtaran qohumları meşədə huşsuz və köməksiz halda taparaq, rayon xəstəxanasına gətiriblər.




İki polis tərəfindən döyülərək, ağır bədən xəsarətləri alan Səbuhi Abdullayev Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hal-hazırda reanimasiya şöbəsindədir.
Xatırlayırsızsa, bir müddət qabaq qeyd etmişdim ki, Qusar rayon Polis Şöbəsinin rəisi Meşə fonduna aid topraqlarda qanunsuz olaraq, özü üçün villa tikdirir. Villanın qanunsuz tikildiyini görən Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları polis rəisini 65 min manat cərimə etmişdilər. Bundan əsəbləşən polis rəisi Zaur Bədəlov şəhərdə və şəhər ətrafında xidmət aparan polisləri meşələrə tökərək, onların "xidməti dislokasiyasını” dəyişmişdi. Hətta bundan qabaq da bir nəfər meşəbəyini polislər döyüb, xəstəxanalıq etmişdilər.




Görünən budur ki, polis rəisi Ekologiya nazirinin cərimə qərarından necə əsəbləşibsə, öz əməkdaşlarına "dağlarda döyüş” əmrini verib. Öz rəisinə yarınmaq istəyən polis nəfərləri və zabitləri isə camaatla artıq üz-göz olublar. Qeyd edim ki, bir müddət əvvəl rayon sakiləri baş verənlərə etiraz edərək Rayon icra hakimiyyətinin, Meşə İdarəsi və Polis Şöbəsinin qarşısında toplaşmışdılar. O zaman sakinləri şirin dilə tutaraq, onları sakitləşdirən rayon rəhbərliyi iki gündür ki, bu hadisəyə münasibət bildirmir.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ