Dogru.Tv > Fakt > Qubanın icra başçısına 5 milyonluq korrupsiya ittihamı - Faktlar

Qubanın icra başçısına 5 milyonluq korrupsiya ittihamı - Faktlar


Tarix: 6-01-2017, 23:07. Müəllif: Anonim
Qubanın icra başçısına 5 milyonluq korrupsiya ittihamı - Faktlar
Qubanın icra başçısına 5 milyonluq korrupsiya ittihamıQubanın icra başçısı korrupsiyada ittiham olunur

Yaşar Məmmədov 3 il əvvəl Ucar rayon rəhbəri olarkən dövlət büdcəsindən ayrılmış 4 milyon 700 min manat pulu təyinatı üzrə xərcləməyib.

O, qeyd olunan məbləği mənimsədiyi üçün nəticədə 4 kəndin əhalisi yolsuzluqdan əziyyət çəkir.

Belə ki, prezidentin 16 sentyabr 2013-cü il tarixli sərəncamı ilə səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Türkəci - Ənvər Məmmədxanlı - Çiyni - Bərgüşad avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsindən pul ayrılıb.

Bu, 4 milyon 700 min manat olub. Ucar Rayon İcra Hakimiyyətinə pul ayrılmış və 16 kilometr uzunluğunda avtomobil yolu tikilmişdir. Ancaq həmin yol hazırda dağılaraq yararsız vəziyyətə düşüb.

Bütün bunlar onu deməyə əsas verir ki, dövlət büdcəsindən ayrılmış pul mənimsənildiyindən yol tikintisi keyfiyyətsiz olub və tez bir zamanda dağılıb.

İcra başçısının belə əməli nəticəsində 4 kəndin əhalisi yolsuzluqdan əziyyət çəkir. Ayrılan pul düzgün xərclənsəydi, avtomobil yolu 30-40 il istifadə edilərdi.

Qeyd olunan məsələ ilə bağlı adıçəkilən kəndlərin sakinləri prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və digər aidiyyatı qurumlara şikayət ərizələri ilə müraciət ediblər. Onlar yuxarıda qeyd olunan korrupsiya hallarının araşdırılıb tədbir görülməsini xahiş edirlər.

Politika.Az yada salır ki, bundan əvvəl də şikayətlər olub. Ucar rayonu, 20 Yanvar küçəsi, döngə 15, ev 17 sakini Xəyal Müşfiq oğlu Qüddəsərov deyib:

“Yaşar Məmmədov Ucar rayonunda icra başçısı vəzifəsində olan zaman onun göstərişi ilə Ucar rayon bələdiyyəsi tərindən mənə 3 sot ölçüdə fərdi mənzil tikintisi üçün torpaq sahəsi satıldı.

Dövlət rüsumu olaraq 1200 manat "Beynəlxalq Bank"a ödədim qəbzi aldım. Bundan başqa, alqı-satqı müqaviləsi, sığorta və növbəmi 1292-ci yerdən 1-ci etdiyi üçün məndən 3200 manat əlavə pul aldılar.

Həmin 3200 manat pulu icra başçısı Yaşar Məmədovun özü ilə Ağdaş rayonundan gətirdiyi sürücüsü Vüqar Əliyev və qohumu Ucar bələdiyyəsinin sədri Səhrab Kamilova vermişəm. Bunu təsdiq edən subutlarımız var.

Bələdiyyə sədri mənə 11.12.2012-cı il tarixli Torpaqların Alqı-Satqısına dair akt verdi. Getdim ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən torpağıma çıxarış alım mənə orada bildirdilər ki, bu torpaq sənə qanunsuz satılıb, bu alqı satqı aktı tam saxtadır. 2007-ci il tarixdən qüvvəyə minmiş qanuna əsasən bələdiyyələr vətəndaşlara torpağı hərrac yolu ilə sata bilərlər.

Bu torpaq isə dövlətin balansındadır. Mən bu barədə dəfələrlə icra başçısı Yaşar Məmmədovun və bələdiyyə sədrinin qəbulunda olmuşam hər dəfə «düzələr-düzələr» deyərək məni başlarından etdilər.

İndi Yaşar Məmmədov Qubanın icra başçısıdır, Səhrab Kamilov isə Mənzil İstismar İdarəsində rəis müavinidir. 4700 manat pulumu alıb saxta akt verib məni aldadan icra başçısı Yaşar Məmmədovla sabiq bələdiyyə sədri Səhrab Kamilovun bu hərəkətləri cinayət əməlidir”.
Politika.Az

Geri Qayıt