www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Nigar Köçərli istintaqa çağırıldı


Nigar Köçərli istintaqa çağırıldı

Bölmə: Fakt
Nigar Köçərli istintaqa çağırıldı
"Ali və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb.
Bu barədə Nigar Köçərlinin özü "Azadlıq" radiosuna məlumat verib.

N.Köçərli deyib: "Bu gün (martın 14-də-red.) səhər zəng vurublar və işimizi araşdıracaqlarını, tezliklə məni istintaq idarəsində görmək istədiklərini deyiblər. Belə başa düşürəm ki, "Qanun"dan sonra növbə "Ali və Nino"nundur".

Nigar Köçərli bunu öz vətəndaş mövqeyi ilə əlaqələndirib: "Mən bunu öz facebook hesabımda yaydım. Müxtəlif fikirlər səsləndi. Kimisi bildirdi ki, hansısa oliqarxın nəşriyyat açmaq planı var, kimisi dedi ki, bu, siyasi sifarişdir. Bunlar mənə təbii ki, xoş deyil. 2003-cü ildən bəri fəaliyyətdəyik. İnsanları kitaba cəlb edirik, vergilərimizi hər zaman vaxtında və düzgün ödəmişik. Bu ola bilər mənim vətəndaş mövqeyimlə əlaqədardır. Bu günə qədər heç kimə rüşvət verməmişəm. Görünür, "Ali və Nino" kiməsə maneə olur".

Ötən ilin sonlarından "Qanun" nəşriyyatında da Vergilər Nazirliyi yoxlamalar aparıb. Bu ilin fevralında nəşriyyat 150 min manat cərimə olunub.