www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Eldar Mahmudovun həbs olunmamasının şok səbəbi - 5 milyard dolları qaytarmalıdır


Eldar Mahmudovun həbs olunmamasının şok səbəbi - 5 milyard dolları qaytarmalıdır

Bölmə: Fakt, Xəbər Lenti
Eldar Mahmudovun həbs olunmamasının şok səbəbi - 5 milyard dolları qaytarmalıdır

Azərbaycanın milli təhlükəsizlik nazirliyini cinayətkar yuvasına çevirən, 11 il ərzində vəzifə cinayətləri hesabına milyardlara sahib olan Eldar Mahmudovun dəstəsi həbsdə olsa da onun azadlıqda qalması ciddi suallara səbəb olub. Təsəvvür edin, adamın tabeçiliyində olan həbsdəki 20 general və yüksək vəzifəlilər istintaqa ifadələrində onun əleyhinə ifadələr verir və onun həbsi üçün bütün sübutlar toplanır amma bu baş vermir.
Gununsesi.info sabiq MTN rəhbərinin həbs olunmamasının ilginc səbəblərini araşdırıb.
Qeyd edək ki, cəmiyyətdə Eldar Mahmudovun əlində hakimiyyətə qarşı ciddi kompromatların oldugu və bu səbəbdən onun həbsinə risk olunmaması barədə fikirlər var. Araşdırmamız ilk olaraq, elə bu iddianı öyrənməkdən başladı. 11 il ölkənin xüsusi xidmət orqanlarına rəhbərlik edən birisinin əlində kompromat olması inandırıcıdır və belə materiallar var. Ancaq Mahmudovun əlindəki kompromotlar hansısa nazirlərdən, deputatlardan, icra başçılarından o tərəfə keçmir. Guya təhdidlərinə görə çöldə qalması fikri isə absurddur.

Eldar Mahmudovun həbs olunmamasının səbəbi isə tamam başqadır. Söhbət Mahmudovlar ailəsinin Azərbaycandan ofşor zonalara və Avropaya çıxardığı 5 milyard dolların hansı formada geri qaytarılmasından gedir. Belə ki, Azərbaycan prezidentinin masasının üzərinə Eldar Mahmudovun Azərbaycan Beynəlxalq Bankı, Texnikabank, Zaminbank, Muğanbank vasitəsi ilə həmçinin, MTN-nin hazırda həbsdə olan Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq şöbə rəisi, polkovnik Fizuli Əliyevin qardaşı Elşən Əliyevin təşkilatçılığı ilə Dubaya çıxarılan pullarla bağlı sənədlər qoyulub.
eldar-mahmudov-ve-oglu
Bilgili mənbəmizin sözlərinə görə, Azərbaycan hakimiyyəti Eldar Mahmudovu qandallayıb 10-15 il həbsə yollamazdan öncə gələcəkdə milli dövlətçiliyimiz üçün təhlükəyə çevrilə biləcək 5 milyardın qaytarılmasına nail olmaq istəyir.
Hətta Eldar Mahmudovun özüylə bu barədə davamlı söhbətlər aparılıb. Məlumata görə sabiq nazir iddia olunan məbləğin şişirdildiyini deyərək, qaytaracaqlarının müqabilində qudası Cahangir Hacıyevin azadlığa çıxması, övladlarının Azərbaycana sərbəst gəlib-getmələrinə qarantiya istəyib.
Proses davam edir.