www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » VIDEO - Evi dağıtdı ki, çıx - dövlətdə bizik, hər şey də bizik!


VIDEO - Evi dağıtdı ki, çıx - dövlətdə bizik, hər şey də bizik!

Bölmə: Fakt, Xəbər Lenti
VIDEO - Evi dağıtdı ki, çıx - dövlətdə bizik, hər şey də bizik!

Bakı şəhərində Yasamal rayonu Hüseyn Cavid prospektində yaşayan 10-a yaxın ailə Olympus Park adlanan özəl tikinti şirkətindən narazılıqlarını bildirirlər.
Sakinlərin sözlərinə görə şirkət onlar evlərindən köçmədiyi halda evlərini sökür.
Deyilir ki, Olympus Park şirkəti ərazidə göydələnlər tikir və sakinlərin yaşadığı evlərin yerində də tikinti davam etdirilməlidir.
Bu günə qədər ərazidən ailələr köçürülüb, lakin hazırda burdan köçmək istəməyən ailələr də var.
Köçməməyin səbəbi isə təzminat pulunun məbləğidir.
Şirkət sakinlərə hər kvadrat metrə görə, 1500 AZN təklif edir ki, sakinlər bu məbləğlə "qətiyyən" razı olmadıqlarını vurğulayırlar.
Cümə günü isə şirkətə məxsus tikinti maşınları sakinlərin evlərinin bir hissəsini uçurub, sakinlər deyir.
Evi uçurulan Validə Abdullayeva burada 45 ildir yaşadığını və təqdim edilən təzminat məbləği ilə razılaşmadığını deyir.
O bildirir ki, məhkəmə onların iddialarını dəstəkləyən qərar qəbul etsə də, tikinti şirkəti qərara tabe olmur və "onun evini başına uçurur".
Narazı sakinlər cümə günü şirkətin ofisinin qarşısına yürüş edib, etirazlarını bildiriblər.
Şirkətin iş icraçısı Rafael Qarayev evin söküldüyü faktını təkzib edir. Onun sözlərinə görə, ərazidə digər işlər həyata keçirilərkən "vətəndaşın evinin divarı zərər görüb".
Şirkət sözçüsü deyir ki, onların təqdim etdiyi məbləğ qənaətbəxşdir.
"Təqdim etdiyimiz pula ev almaq olar" deyən Rafael Qarayev "…dövlət qiymət qoyub, Bakı şəhərində söküntüyə düşən evlərin dəyəri 1500 manatdan yuxarı olmur", deyə əlavə edir.
O, həmçinin qeyd edir ki, işlədiyi şirkət 2 ildir fəaliyyət göstərir və narazı sakinlərin yaşadığı ərazidə 6 bina tikilməlidir.
Bunlardan 4 bina tikilib, 2-si qalıb. Şirkət sözçüsü deyir ki, onlar əhalinin köçürülməsi üçün "dövlətə müraciət ediblər".