www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Dubaydan Bakıya brilliantı ayağına skoçlayıb gətirdi


Dubaydan Bakıya brilliantı ayağına skoçlayıb gətirdi

Bölmə: Fakt
Dubaydan Bakıya brilliantı ayağına skoçlayıb gətirdi

“MTN çetesi”nin qurbanlarını saymaqla bitmir. Onların hər birinin başına açılan oyunlar ayrı bir hekayədir. Şantaj, təhdid, gizli görüntülər, dinləmələr və s...

MTN-nin qurbanları əsasən gizli dinləmələrlə müəyyən edilirmiş. İstintaq materiallarından görünür ki, “MTN çetsi” telefon danışqılarından sahibkarların nə zaman nağd pul əldə etdiklərini eşidən kimi başlarının üstünü kəsdirimişlər. Belə zərərçəkmişlərdən biri də Rəşad Mehrəliyev olub. Mehrəliyevin Dubaydan brilliant gətirdiyini telefon danışıqlarından xəbər tutan “MTN çetesi” onu qarşılamaq üçün hava limanına yollanıblar.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mehrəliyev Rəşad Atamoğlan oğlu Baş Prokurorluğa müraciət etərək Dubaydan Azərbaycana gələrkən ləğv olunmuş MTN-nin sabiq əməkdaşları tərəfindən tutulmasını danışıb. O, MTN-nin Transmilli Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini Füzuli Əliyevin qanunsuz olaraq ona hədə-qorxu gəlməsini, 65 min dollarını alması haqda istintaqa ifadə verib.

Musavat.com xəbər verir ki, “MTN mafiyası”nın cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınan Mehrəliyev ifadəsində bildirib ki, 2007-ci ildən Bakı şəhərinin Nərimanov rayonunu ərazisində yerləşən “Gənclik” univermağında qızıl-zinət əşyalarının satışı ilə məşğul olub.

2010-cu ilin may ayında Dubaydan 50.771 manat dəyərində ümumi çəkisi 322 karat brilliant daşları gətirən Mehrəliyev istintaqa ifadəsində öz qanunsuz əməlini də etiraf edib.

Belə ki, malları rəsmi qaydada gömrüyə təqdim etməmək üçün onları skoçla ayaqlarına bağladığını etiraf edən Mehrəliyev planının baş tutmasına sevinə bilməyib. Gömrükdə yoxlamadan “uğurla” keçən Mehrəliyev Heydər Əliyev adına Hava Limanının qarşısında olan “Mersedes”inə minəndə gözləmədiyi “qonaqlarla” qarşılaşıb.

Maskalılar iş başında...


Image result for MTN Maskalılar

Mehrəliyev ifadəsində deyib ki, əvvəllər tanımadığı 4 nəfər maşınına yaxınlaşaraq özlərini MTN əməkdaşları kimi təqdim ediblər. Sonradan 4 nəfərdən birinin Fizuli Əliyev olduğunu bilən Mehrəliyevə deyiblər ki, onun qaçaqmalçılıq yolu ilə ölkəyə brilliant gətirilməsi barədə məlumat var. Bunun üçün də onu MTN-nin Səbail şöbəsinə aparıblar.

Maşını ilə birlikdə MTN-nin Səbail rayon şöbəsinə aparılan Mehrəliyev artıq işin ciddiyyətini başa düşüb və könüllü olaraq üstündə olan Dubaydan gizli gətirdiyi brilliantları onlara təqdim edib.

Mehrəliyev deyir ki, bundan sonra MTN-ə Hava Limanından Dövlət Gömrük Komitəsinin əməkdaşları gəlib. Onu Hava Limanına apararaq orada üzərində olan malların aşkar edilməsi və sənədləşdirilməsi işləri aparılıb.

Həmin malların dəyəri və çəkisi müəyyən edildikdən sonra R.Mehrəliyevdən izahat alınıb və gecə 4-5 radələrində evə buraxıblar.

Əvvəlcə brilliantlar sonra 65 min...


Mehrəliyev bununla da canını qurtardığını düşünürmüş ki, səhv edib. Çünki bir müddət sonra Fizuli Əliyev onun işlədiyi mağazaya gəlib.

“Fizuli Əliyev gəlib dedi ki, barəmdə olan işin araşdırılmasına MTN tərəfindən nəzarət edilir. MTN istədiyi zaman barəmdə həbs qətimkan tədbiri seçə bilər. Dedi ki, bunun edilməsini istəmirsənsə, 100 min manat pul verməlisən. Bu qədər pulumun olmadığını dedim”- deyə zərərçəkmiş ifadəsində göstərir.

MTN əməkdaşı Fizuli Əliyev növbəti dəfə R.Mehrəliyevi “Atatürk parkı”na aparıb. Və orada onu inandırıb ki, dediyi pulu verməsə, həbs ediləcək.

Artıq qorxmağa başlayan R.Mehrəliyev inanıb ki, pul verməsə, Fizuli Əliyev onu tutduracaq və işləməyə qoymayacaq. Danışıqların yekununda isə tərəflər 65 min dollara razılaşıblar. Mehrəliyev atasından, dostundan aldığı pulları yığaraq 65 min dolları 25 may 2010-cu ildə Fizuli Əliyevlə “Atatürk parkı”nda verib.

Mehrəliyev istintaqa ifadəsində deyib ki, qanunsuz olaraq ölkəyə brilliant gətirməsi ilə bağlı barəsində olan cinayət işinin istintaqı müəyyən vaxt keçdikdən sonra Xəzər Rayon Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq cəza sınaq müddəti olaraq tətbiq olunub.

İstintaq zamanı zərərçəkmiş Rəşad Mehrəliyevin dediklərinin həqiqət olması onun barəsində Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində araşdırılmış 107507 nömrəli cinayət işinin materiallarından çıxarışlar və sənədlərin surətləri ilə də təsdiq olunub.

Qeyd edək ki, adı çəkilən MTN əməkdaşı Fizuli Əliyev qulluq mövqelərindən sui-istifadə etməkdə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin gizli qaydada telefon danışıqlarını dinləməkdə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirməkdə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşlara qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində təqsirləndirilir.