www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Nazirə “müjdə”: Ziya Məmmədovun icra başçıları işdən çıxarılır


Nazirə “müjdə”: Ziya Məmmədovun icra başçıları işdən çıxarılır

Bölmə: Fakt
Nazirə “müjdə”: Ziya Məmmədovun icra başçıları işdən çıxarılır
Nazirə “müjdə”: Ziya Məmmədovun icra başçıları işdən çıxarılırNəqliyyat nazirinin kurasiyasında olan icra hakimlərinin vəzifədən kənarlaşdırılması gözlənilir

Ziya Məmmədovun nəzarətindəki Ucar, Goranboy və Qubada yeni icra başçısı təyinatları olacağı xəbər verilir.

Bu barədə Politika.Az-a daxil olan məlumata görə, Ucarın rəhbəri Mənsur Məmmədov, Goranboyun şefi Nizaməddin Quliyev və Qubanın təzə başçısı Yaşar Məmmədov postu ilə vidalaşa bilər.

Əldə etdiyimiz xəbərlərə görə, hər üç rayonun icra başçılarının fəaliyyətindən narazılıq var. Əsasən də Ucar və Goranboy rayon rəhbərlərinin adı mətbuatda daha çox skandallarda hallanıb, məhkəmə işlərində, müxtəlif neqativ faktlarda çəkilib.

Ölkə rəhbərliyi özünü apara bilməyən, danışığını bilməyən, reputasiyası bərbad olan məmurlarla, deputatlarla, icra başçıları ilə yolları ayırır. Bu prosesin təbii ki, kütləvi hal almayacağı və mərhələli şəkildə gedəcəyi bildirilir.

M.Məmmədov və N.Quliyev barəsində internet resurslarında axtarış etməklə hansı əməllərin sahibi olduqları üzə çıxır. Onların adları xoşagəlməz işlərdə hallanıb. Hakimiyyət komandanı yeniləmək və gəncləşdirmək siyasətini gücləndirmək tərəfdarıdır.

Gedişatdan belə anlaşılır ki, Ziya Məmmədovun durumu kifayət qədər bərbaddır və bu səbəbdən də o, təkcə özü deyil, həmçinin əyan-əşrəfini də çöllərə salıb.

Politika.Az-a verilən xəbərə görə, karyerasının qürub etdiyi bir zamanda oğlu, iş adamı Anar Məmmədovun dostu Trampın supergüc dövlətin prezidenti seçilməsi naziri ruhlandırmışdı.

Lakin gələn son xəbərlərə görə, mərkəzin təlimatı əsasında Məmmədovların Tramp çıxışının bağlanması qərara alınıb. Onun Trampla əlaqələrinin inkişaf etdirilməsi və hakimiyyətdə yüksəlişi məqbul sayılmayıb.

Nazirin həvəslənməsi isə sadəcə epizodik olub və Məmmədovların yenidən geri çəkiləcəyi gözlənilir. Buna görə də nə onun əlindən alınan səlahiyyətləri bərpa ediləcək, nə də icra başçılarının vəzifədə saxlanması gözlənilir.

Donald Trampın ABŞ-ın prezidenti seçilməsi nəqliyyat naziri Ziya Məmmədovu şad-xürrəm etmişdi. Məlumata görə, nazir sevincindən yerə göyə sığmırdı. Məmmədovlar dünənə qədər bütünlüklə hakimiyyətdən uzaqlaşdırılmışdı. Nazirin səlahiyyətləri azaldılmışdı, avtovağzal çökdürülmüşdü, Elton Məmmədov mandatsız qalmışdı, oğlu Aynar və nazir oğlu Anarın əvvəlki fəallığı nəzərə çarpmırdı.

Nazirliyin bəzi səlahiyyətləri alınaraq başqa qurumlara verilib, eyni zamanda tabeliyindəki bir sıra strukturlar onun tərkibindən çıxarılıb. Bu səlahiyyətlər hər dəfə azalanda nəqliyyat naziri Ziya Məmmədovun da işdən çıxarılacağı iddiaları gündəmi zəbt edib.