www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Aydəm İsmayılovun onu bitirəcək şok cinayətləri -“Akula Akif”in şəriki saxta zərərçəkən rolunda

Aydəm İsmayılovun onu bitirəcək şok cinayətləri -“Akula Akif”in şəriki saxta zərərçəkən rolunda

Bölmə: Fakt
Aydəm İsmayılovun onu bitirəcək şok cinayətləri -“Akula Akif”in şəriki saxta zərərçəkən rolunda
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayev ölkə mediasının ən çox müzakirə etdiyi şəxslərdən biridir. Belə ki, özünü iş adamı kimi tanıdan əslində, Eldar Mahmudovun mütəşəkkil cinayətkar qruplaşmasının üzvü olan bu şəxs və yaxınları ayrı-ayrı iş adamlarına ortaq biznes təklif edərək, sonradan onları “MTN-nin toruna” salırmış.

Hazırda Eldar Mahmudov “vurulub”, dəstə üzvlərinin yarısı həbsdə, “Akula Akif” isə xaricdə gizlənir. Bu məqamda “Akula”nın yaxın ətrafında olan bəzi şəxslər qanun qarşısında məsuliyyətdən yaxa qurtarmaq üçün onun qurbanı kimi qələmə verərək, “zərərçəkən” obrazı yaradırlar. Belə şəxslərdən biri olan Aydəm İsmayılov barəsində sensasion məlumatlar daxil olub.
Həmin məlumatlarda Eldar Mahmudovun ”Akula“sının yaxın adamı olan bu şəxs iş adamlarına qarşı ağlasığmaz cinayətlər törədib. O, bu işdə Prezident Administrasiyası və hüquq-mühafizə orqanlarının rəhbərliyində olan yüksək vəzifəlilərin də adından yararlanıb.
Aydəm İsmayılovun əməlləri barəsində araşdırmamız başa çatan kimi təqdim edəcəyik.(Gununsesi.info)