www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Gömrük rüsumları artırılırdı - 35,7%

Gömrük rüsumları artırılırdı - 35,7%

Bölmə: Fakt
Gömrük rüsumları artırılırdı - 35,7%
Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan mallardan yüksək rüsum tutulması ilə bağlı açıqlama verib.

Fins.az-ın məlumatına görə, komitənin sədri Aydın Əliyev bildirib ki, Azərbaycanda aksizli mallar istisna olmaqla digər mallar üçün gömrük rüsumları pilləlidir və 0-15% civarında dəyişir: “Bunun üzərinə əlavə dəyər vergisi də gəldikdə, rüsum malın dəyərinin maksimum 35,7%-i qədər ola bilər. Bu da uzaq xaricdən ölkəyə gətirilən mallar (məsələn, şuba) üçündür.

Azərbaycanda monitorinq aparan Ümumdenya Ticarət Təşkilatı da bu rüsumları normal hesab edir. Əgər biz filtrləşdirmə siyasətinə keçmişiksə ölkədə gömrük rüsumlarına yenidən baxıla bilər. Rüsumlar hətta artırıla bilər ki, biz ucuz və dempinq üsulu ilə Azərbaycana gətirilən mallardan onların daxili istehsaldakı analoqlarını qoruya bilək.

Xüsusilə da yeyinti məhsullarını, kənd təsərrüfatı mallarını qorumalıyıq, ölkədən valyuta axınının qarşısını almalıyıq”.