www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Səhiyyə nazirinin müavini: “Akif Çovdarova 1 milyon ver…”


Səhiyyə nazirinin müavini: “Akif Çovdarova 1 milyon ver…”

Bölmə: Fakt
Səhiyyə nazirinin müavini: “Akif Çovdarova 1 milyon ver…”
Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev Baş Prokurorluqda Mahmudov-Çovdarov kriminal bandasının işi üzrə dindirilib.

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.

Nazir müavininin dindirilməsinə səbəb Apteklər idarəsinin sabiq rəisi Adil Məmmədovun Baş Prokurorluğa şikayət ərizəsi yazması olub.

Virtualaz.org-un məlumatına görə, generalı Akif Çovdarov hələ 2006-cı ildə Adil Məmmədovu yanına çağıraraq gələcəkdə öz vəzifəsində qalmaq üçün ondan “MTN-in ümumi kassasına” hər il 1milyon dollar pul köçürməsini tələb edib.

A.Çovdarovla görüşdən dərhal sonra A.Məmmədov birbaşa kuraoru olan nazir müavini ElsevərAğayevə zəng edib və ondan nə etməli olduğu haqda məsləhət istəyib.

A.Məmmədov ərizəsində göstərib ki, E.Ağayev onun sualına sualla cavab verib: “Sən Akif Çovdarov pul tələb edəndə nə etmək lazım olduğunu bilmirsən?”.

Amma A.Məmmədov tələb olunan pulu verməkdən imtina edib və təxminən bir həftə sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.

Məlumatda o da bildirilir ki, A.Məmmədovun şikayəti üzrə Səhiyyə Nazirliyinin digər məsul şəxsləri də dindiriliblər.

İstintaq aparılır.