www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » “Bahar enerji” də yüzlərlə neftçini küçəyə atdı


“Bahar enerji” də yüzlərlə neftçini küçəyə atdı

Bölmə: Fakt
“Bahar enerji” də yüzlərlə neftçini küçəyə atdı
“Dövlət Neft Şirkətindən sonra “Bahar enerji” əməliyyat şirkətində də ixtisarlara başlanılıb”.

Bunu açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı dedi.

Hüquq müdafiəçisi bildirdi ki, şirkətin birinci mədənində mühəndis-texniki işçilərlə, o cümlədən sahə rəisləri ilə əmək müqaviləsi bağlanılmayıb: “Şirkət əməkdaşları tərəfindən təşkilatımıza edilən müraciətlərdə deyilir ki, 1-ci mədəndə 100-dən çox əməkdaşa işdən çıxarılmaları ilə bağlı məlumat verilib”.

M.Qəhrəmanlı qeyd etdi ki, işçilərlə 3 aylıq əmək müqaviləsi başlanmışdı: “İşçilərlə müvəqqəti əmək müqavilələri bağlanarkən ixtisarların olacağını söyləyirdik. Lakin şirkət rəhbərliyi ixtisarları gizlədirdi. Yanvardan şirkətin yüzlərlə əməkdaşı işsiz qalacaq”.

Virtualaz.org saytı məsələ ilə bağlı şirkətlə əlaqə saxlayıb. Amma şirkətdən bayram günləri rəhbərliyin işdə olmadığını əsas gətirərək ixtisarlarla bağlı suallara cavab verməkdən imtina etdilər.

Qeyd edək ki, “Bahar enerji” əməliyyat şirkəti nəqliyyat naziri Ziya Məmmədovla onun biznes ortağı, “Hafka” ləqəbli iş adamı, “Baghlan Group” şirkətinin və “Bakı” futbul klubunun sahibi Hafiz Məmmədova məxsusdur.

Jalə