www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Keçmiş nazir Siruz Abbasbəyli: “Oğruların arxasında..."

Keçmiş nazir Siruz Abbasbəyli: “Oğruların arxasında..."

Bölmə: Fakt
Keçmiş nazir Siruz Abbasbəyli: “Oğruların arxasında..."
“Rabitə sahəsində milyonların oğurlanması faktları adamı dəhşətə gətirir. Rabitəçilər arasında bu korrupsionerlər dəstəsini kim yaradıb?”Yüksək mədəni səviyyəyə malik olan Əli Abbasov buna heç bir halda getməzdi

Virtualaz.org saytı xəbər verir ki, bu fikirləri öz facebook səhifəsində sabiq rabitə naziri Siruz Abbasbəyli yazıb.

Sabiq nazirin sözlərinə görə, 1992-1997-ci illər rabitə sektoru üçün çox məhsuldar dövr olub: “Ölkədə “Azercell” və “Bakcell” mobil rabitə operatorları məhz həmin dövrdə fəaliyyətə başlayıb. AzTel, UlTel və AzEvroTel həmin illərdə təsis edilib, müasir АТS şəbəkəsi yaradılıb, fiber-optik xətt çəkilib və s. Bütün bu işlərə milyonlar xərclənib. Amma həmin pullardan qəpik də mənimsənilməyib”.

S.Abbasbəyli oğru və korrupsionerləri Rabitə Nazirliyinə gətirənləri cəzalandırmağa çağırıb: “Bu oğru və korrupsionerlər bandasını kim yaradıb? Bu adamları belə yüksək vəzifələrə kim gətirib? Yüksək mədəni səviyyəyə malik olan Əli Abbasov buna heç bir halda getməzdi. İlk növbədə bu işlərin arxasında dayanan adamları cəzalandırmaq lazımdır. Onlar Rabitə Nazirliyinin bütün kollektivini ləkələyiblər”.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra əməkdaşlarına qarşı qulluq mövqeyindən sui-istifadə, mənimsəmə, korrupsiya ittihamları ilə cinayət işi açılıb. İlkin istintaq nazirlikdə 95 milyon manat yeyinti faktı aşkarlayıb. Nazirliyin 10 əməkdaşı barədə həbs-qətimkan tədbiri seçilib.