www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Həkimlər məhbusun işgəncədən yox, ürək tutmasından vəfat etidiyini bildirirlər

Həkimlər məhbusun işgəncədən yox, ürək tutmasından vəfat etidiyini bildirirlər

Bölmə: Fakt
Həkimlər məhbusun işgəncədən yox, ürək tutmasından vəfat etidiyini bildirirlər
Bacısı məhbus qardaşının ölümündə işgəncə izi görür
«Şəkilləri görən uşaq da başa düşər ki, işgəncəyə ilə öldürülüb bu adam». (Diqqət, ürəyi zəiflərə və azyaşlılara münasib olmayan foto var)

Bakıdakı 14 saylı həbsxanada törədilən qətllı bağlı cinayət işi başlanıb

Elşad Babayevin ailə üzvləri istintaqın gedişindən narazıdırlar
Həbsxanada döyülərək öldürüldüyü iddia olunan Elşad Babayevin ailə üzvləri bu iş üzrə aparılan istintaqın gedişindən narazıdırlar
24.01.2015


Həbsxanada döyülərək öldürüldüyü iddia olunan Elşad Babayevin ölümünün səbəbi haqda ekspertiza rəyi yanvarın 24-də onun ailəsinə təqdim olunub. Ekspertizaya görə, Elşad Babyev iddia olunan işgəncədən yox, ürək tutmasından, yəni öz əcəli ilə vəfat edib. Bu haqda AzadlıqRadiosuna məlumat verən mərhumun bacısı Simuzər Babayevanın sözlərinə görə, onlar bununla razılaşmırlar.

Ölümün səbəbləri haqda rəyi Qaradağ rayon xəstəxanasının həkim eksperti verib.

Simuzər Babyeva sənədin sifarişlə yazıldığını iddia edir:

“Həkimlər də qardaşımı öldürənlərə şəriklik etdilər. Bu işdə əli olan məmurlar imkan verməyib ki, düzgün rəy yazılsın. Həkim dedi ki, Elşad aldığı xəsarətlərdən yox, guya Allahın əcəli ilə ölüb. Bu söz mənə çox pis təsir etdi.

Bu sözləri deyəndə həkimin əlləri titrəyirdi, gözümün içinə baxa bilmirdi. Axı, qardaşımın bədənində olan amansız işgəncə izlərinin mənim kimi o da görmüşdü. Yalan danışmağa məcbur olunduğundan həkim vicdan əzabı çəkirdi”.

“10 GÜN DURMADAN İŞGƏNCƏ ALAN ADAM NECƏ ÖZ ƏCƏLİ İLƏ ÖLƏ BİLƏR?”

Simuzər Babyeva deyir ki, “morq”da çəkdiyi şəkillər işgəncə izlərini açıq-aşkar sübut edir:

“Bu faktları görəndən sonra həkim, ekspert olmağa ehtiyac qalmır. Şəkildəki işgəncə izləri özü hər şeyi deyir. Penitensiar Xidmətin rəisi Mədət Quliyev özü mənə demişdi ki, Elşad dekabrın 13-dən karserə salınıb. 10 gün sonra, yəni ayın 22-i onun ölüm xəbərini aldıq.

Sonradan öyrəndim ki, həmin 10 gündə onu ac-susuz saxlayıb, hər gün də işgəncə veriblər. 10 gün ac-susuz saxlanan, hər gün də işgəncə alan adam necə öz əcəli ilə ölə bilər? Bu cür cəzalandırma mənə şəriət qaydalarını xatırladır. Axı biz özümüzü hüquqi, dünyəvi dövlət elan etmişik”.

RƏSMİLƏR TƏKZİB EDİR...

19 saylı Qaradağ rayon xəstəxanasından sifarişlə ekspert rəyi yazılması ilə bağlı səslənən iddiaları rədd etdilər. Xəstəxanadan bildirdilər ki, bu cür rəylər dərin yoxlamalardan sonra, obyektiv şəkildə yazılır.

Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində bəzi məhbusların etiraz aksiyası keçirməsi haqda məlumat yayılmışdı. Bildirlirdi ki, etiraza səbəb 31 yaşlı məhbus Elşad Babayevin karserdə işgəncə ilə öldürülməsidir. Etiraz edən məhbusların bəziləri karsera salınıb, bir qismi isə vərəm dispanserinə köçürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən dekabrın 22-də həmin müəssisədə hadisə baş verdiyini təsdiqləsələr də, buna səbəb kimi ölüm hadisəsini yox, bəzi məhbusların daxili intizam qaydalarını kobud pozmasını göstərmişdilər.

Yanvarın 12-də Ədliyyə Nazirliyi və Baş Prokurorluq Elşad Babyevin ölümü və 14 saylı cəzaçəkmə müəssisəində baş verənlərlə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, dekabrın 22-də məhkəmə-tibb ekspertinin və Ədliyyə Nazirliyinin Tibb Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Məlumata görə həm müəssisədə baş verənlər, həm də Elşad Babayevin ölümü ilə bağlı cinayət işi açılıb.

Məlumatda o da vurğulanırdı ki, Qaradağ rayon Prokurorluğunda açılan cinayət işi ilə bağlı istintaq hərəkətləri davam etdirilir. Lakin, cinayət işinin hansı ittihamla ilə açıldığı haqda məlumat verilməyib.