www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Icra başçısı ilə şöbə müdiri arasında qalmaqal


Icra başçısı ilə şöbə müdiri arasında qalmaqal

Bölmə: Fakt
Icra başçısı ilə şöbə müdiri arasında qalmaqal
Beyləqan rayon icra hakimiyyətinin başçısı qurumun hüquq şöbəsinin müdirin Zakir Mehdiyevi işdən çıxarıb.

Zakir Mehdiyev “Azadlıq” radiosunun “Qaynar xətt”inə danışıb ki, təqribən 20 il həmin şöbənin müdiri kimi işə başlayıb. Bu müddət ərzində bir neçə başçı ilə işləyib.

2012-ci ildə Vaqif Abdullayev başçı təyin olunandan necə deyərlər, daş qayaya rast gəlib.

Deməsinə görə, başçı hüquqi sənədlərə onunla razılaşmadan imza atır, vətəndaşlara verirmiş. Şöbə müdiri etiraz edəndə isə təzyiqlər göstərirmiş. O da dinc dayanmayıb başçının hərəkətlərindən müvafiq orqanlara şikayət yazıb yollayırmış. Nəticəsi də bu olub ki, bu il iyunun 13-də işi ilə vidalaşıb.

Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin “Qaynar xətt”ə cavabı qısa olub:

“Siz onun yerinə danışmayın. Nə sözü, narazılığı varsa, bunun üçün məhkəmə var, getsin məhkəməyə müraciət etsin. Mən Türkiyədəm. Bu qədər... Sağ olun...”

Zakir Mehdiyev deyir, hüquqlarını bərpa etmək üçün onsuz da yolu məhkəmə qapılarına doğrudur. Ancaq bunun üçün əvvəlcə ona işdən çxıarılması barədə əmrin surəti verilməlidir. Bu sənədi isə ona vermirlər.