www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Beyləqan DYP-də Rövşən Eyvazov təcrübəsindən yararlanan YP-si əməkdaşları

Beyləqan DYP-də Rövşən Eyvazov təcrübəsindən yararlanan YP-si əməkdaşları

Bölmə: Fakt
Beyləqan DYP-də Rövşən Eyvazov təcrübəsindən yararlanan YP-si əməkdaşları
Beyləqan DYP-də Rövşən Eyvazov təcrübəsindən yararlanan YP-si əməkdaşları
Yol polisi əməkdaşlarının “sürücü ovu”



Prezidentin korrupsiya dalğası Beyləqan DYP-dən yan ötüb




Beyləqan rayon yol polisi əməkdaşlarının özbaşınalığı, sürücüləri əsassiz təqib etmələri, hər gün bu rayonda və rayonətrafı yollarda onlarla sürücünü qanunsuz təqib edən, onlara qarşı qanunsuz cərimələr tətbiq edəcəyi ilə hədələyib sürücülərdən nəsə alan bəzi yol polislərinin özbaşınalığı sakinlərin haqlı narazılıqlarına səbəb olur. Artıq yol polislərinin bu cür qanunsuz hərkətlərindən təngə gələn sürücülər Beyləqan rayon Polis Şöbəsinin qarşısında etiraz aksiyası keçirəcəklərini bildirirlər. Beyləqan rayon sakinlərinin Olaytv.az-a verdikləri məlumatlara görə, rayon ərazisində fəaliyyət göstərən YP-si əməkdaşlarının özbaşınalıqları bir faciə, bir bədbəxtçilik bir problem ortaya çıxardır.



Beyləqan DYP-də xüsusi canfəşanlığı ilə seçilən şəxslərdən biri də Rövşən Eyvazovun olduğu bildirilir. Məhz elə şikayətlərində çoxu Eyvazovla bağlıdır. Beyləqan rayon sakinləri Olaytv.az-a bildirilər ki, Beyləqan DYP-in zabiti, polis mayoru Rövşən Eyvazovun sürücülərə qarşı əsassız tələbi onları çilədən çıxararaq aksiya keçirmək həddinə çaddırıb. Sürücülərin sözlərinə görə, Rövşən Eyvazov tərəfindən saxlanılan nəqiliyyat vasitələrinin sənədlərinin yerində olmasına baxmayaraq onlardan açıq rüşvət tələb olunur. Sürücü yol polisinin “tələbini” yerinə yetirmədiyi halda idarə etdiyi nəqiliyyat vasitəsi cərimə meydançasına aparılaraq əvvəlki tələb birə beş artır.



Budur Beyləqanın bəzi yol polislərinin özbaşınalıqları. Beyləqan yolunda, habelə rayonun daxilində baş verən bəzi qanun pozuntuları, yol polislərinin bu yolda kimlərəsə güvənib qanunsuzluq etməsi artıq bu yoldan istifadə edən sürücü və sərnişinlərin əsəblərini tarımladır. Amma, nədənsə bəzi yol polislərinin özbaşına hərəkətləri müvafiq qurumlar tərəfindən araşdırılmır. Bəzi hallarda vətəndaşlara məxsus fərdi maşınlar heç bir əsas olmadan saxlayraq cərimə meydançasına aparılır. Saxlanma zamanı protolol tərtib olunmur və sürücülərdən avtomobili geri vermək üçün rüşvət tələb olunur.

Əldə etdiyimiz məlumatlarda bildirilir ki, Rövşən Eyvazovun ən çox gəlir əldə etdiy vaxt gecə reydləridir.



P.S. Beyləqanda DYP əməkdaşları nəqiliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxslərin üzərinə hansı öhdəliyi qoyublar. Beyləqan yollarında baş vermiş yol nəqiliyat hadisələri- və ağır yol qəzaları hansı səbəblərdən irəli gəlir.? Bu və digər məlumatlar barədə növbəti günlərdə yazacağıq.



Bizi izləyin....



Yazı ilə bağlı qarşı tərəf öz mövqeyini bildirməkdə tribunamızdan yararlana bilərlər.