www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Yol polisi radarı bu azyaşlı uşağa tapşırıb - QALMAQAL - VİDEO

Yol polisi radarı bu azyaşlı uşağa tapşırıb - QALMAQAL - VİDEO

Bölmə: Fakt
Yol polisi radarı bu azyaşlı uşağa tapşırıb - QALMAQAL - VİDEO
Ötən gün Muğanlı-İsmayıllı yolu üzərində yerləşən polis postu məntəqəsində maraqlı hadisə yaşanıb

Belə ki, İsmayıllı postunda yol polisinə məxsus 10 YP 791 nömrəli "Niva" markalı avtomobildə gizli radar quraşdırılaraq sürücülər "tələ"yə salınırmış.

Radarı isə yol polis əməkdaşları deyil, bir uşaq idarə edib. Hətta hadisə şahidləri ilə sürücüləri "radar"a salan uşaq arasında mübahisə də baş verib. Onlar uşağın radara nəzarət etdiyinə etiraz edərək onun belə bir ixtiyarının olmadığını deyiblər. Uşaq isə onlara "çıxın, gedin buradan" deyərək irad tutub.


Məlumatda bildirilir ki, ərazidə polis əməkdaşları gözə dəyməyib. Onların bilərəkdən gizləndiyi iddia olunur.

Hadisə şahidləri olayın vidogörüntülərini də "Youtube" sosial şəbəkəsində yerləşdiriblər.

Qeyd edək ki, yol polisi ilə bağlı bu cür qalmaqallı videogörüntülər dəfələrlə gündəmə gəlib və sosial şəbəkələrdə böyük rezonansa səbəb olub.
Sosial şəbəkəyə istinadən həmin videogörüntüləri təqdim edir: