www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Tərtərin yeni icra başçısına töycü yığmaq ittihamı

Tərtərin yeni icra başçısına töycü yığmaq ittihamı

Bölmə: Fakt
 Tərtərin yeni icra başçısına töycü yığmaq ittihamı


Tərtərin icra başçısı Müstəqim Məmmədov bələdiyyədən pul tələb edib. Bu isə böyük mübahisəyə səbəb olub. İş o yerə çatıb ki, bələdiyyələr Prezident Administrasiyasına şikayətə gəlməyə hazırlaşırlar.

Məsələ burasındadır ki, mayın 7-də Tərtərin icra başçısı təyin olunan Müstəqim Məmmədov bələdiyyələrdən dövlətin ayırdığı dotasiyanı hesabdan çıxarıb bütünlüklə ona vermələrini tələb edir. Bələdiyyələr isə həmin dotasiyanı bələdiyyələrin ehtiyaclarına xərcləmək istəyirlər. Buna görə də sözü bir yerə qoyub icra başçısının qanunsuz əmrini icra etməkdən imtina ediblər. M.Məmmədovun bələdiyyə sədrlərini həbs etdirəcəyi ilə hədələməsi də situasiyanı dəyişməyib.

Bundan sonra M.Məmmədov maliyyə şöbəsinə göstəriş verib ki, pulu bələdiyyələrin hesabına köçürməsinlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.