www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » “Azərenerji”dən sədrin 2 milyonluq villasına – Reaksiya


“Azərenerji”dən sədrin 2 milyonluq villasına – Reaksiya

Bölmə: Fakt
“Azərenerji”dən sədrin 2 milyonluq villasına – Reaksiya
“Bu məsələ sədr Etibar Pirverdiyevin iş fəaliyyəti ilə bağlı deyil, birbaşa şəxsi məsələdir. Şəxsi sualları mən cavablandıra bilmərəm”.

Bu sözləri “Axar.az”a “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat xidmətinin rəhbəri Fəridə Behbudova Etibar Pirverdiyevin iş adamı Elbrus Məmmədov adlı şəxslə arasında yaşanan mülk davasından danışarkən bildirdi.

F.Behbudova qeyd etdi ki, o, bu haqda məlumatsızdır:
“Mən “Azərenerji”i ilə bağlı sualları cavablandırıram. Bu suala isə şəxsin özü cavab verə bilər”.

Qeyd edək ki, iş adamı Elbrus Məmmədov “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin onu aldatdığını iddia edir. Məlumata görə, E.Məmmədova məxsus Bakı şəhəri, Nərimanov rayonunun Rəhim Məmmədov ünvanında yerləşən 4 mərtəbəli mülk 2011-ci ildə E.Pirverdiyevə satılıb. Alğı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə “Azərenerji” ASC sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub.

Ümumi razılaşmaya əsasən, villanın dəyəri əşyaları ilə birlikdə 2 milyon 400 min manata razılaşdırılıb. İlkin məbləğ kimi satan tərəfə 2 milyon 300 min manat vəsait verilib. E.Pirverdiyev pulun qalanını sonra verəcəyini bildirsə də, villanı satan E.Məmmədovun iddialarına görə, yerdə qalan 100 min manat indiyə qədər ödənilməyib.

Qeyd edək ki, bu gün sözügedən villanın fotoları da yayılıb. “Azərenerji” sədri E.Pirverdiyev bu qədər bahalı villanın alınması və arada yaranan 100 minlik mübahisə ilə bağlı qarşı tərəfin iddialarına hələ də cavab verməyib.
- See more at: http://axar.az/news/18299#ad-image-0