www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Jurnalist baş redaktor tərəfindən zorlandı - Açıqlama yayıldı - (Yenilənib)


Jurnalist baş redaktor tərəfindən zorlandı - Açıqlama yayıldı - (Yenilənib)

Bölmə: Fakt
 Jurnalist baş redaktor tərəfindən zorlandı - Açıqlama yayıldı - (Yenilənib)
Ötən həftə Bakının Binəqədi rayonunda qəzet redaksiyasında redaktor tərəfindən zorlanan qadının şikayətinə rayon prokurorluğunda baxılacaq. Məsələ ilə əlaqədar ANS PRESS-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, hazırda şikayət əsasında araşdırmalar davam edir.

“Hazırda zorlandığı iddia edilən jurnalistin şikayəti əsasında araşdırmalar Binəqədi Rayon Prokurorluğunda davam etdirilir. Material üzrə məhkəmə tibbi-ekspertizası təyin edilib”, - deyə Eldar Sultanov vurğulayıb.

Qeyd edək ki, hələlik iddianın həqiqiliyi sübut olunmadığı üçün Azər Əliyev polis tərəfindnə saxlanılmayıb.

* * * 16:30

Ötən həftə Bakının Binəqədi rayonunda işçisini zorlayan baş redaktorun kimliyi məlum olub.
Hüquq-mühafizə orqanlarından teleqraf.com-a verilən məlumata görə, zorlama hadisəsi “Mizan Tərəzi” qəzetinin redaksiyasında baş verib.

Xatırladaq ki, aprelin 18-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinə müraciət edən 25 yaşlı xanım jurnalist zorlandığını bildirib. O, işlədiyi qəzetin redaksiyasında baş redaktor Azər Əliyev tərəfindən zorlandığını deyib. Zorlama faktı ilə bağlı 5-ci polis bölməsində araşdırma aparılır.

İddia olunur ki, baş verən hadisə redaksiyada xanımla qəzet rəhbərliyi arasında olan narazılıqdan doğan münasibətlərdən qaynaqlanan şər-böhtan da ola bilər.

Baş verən hadisələr aparılacaq təhqiqat araşdırmasının sonunda məlum olacaq.