www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Büdcənin talan edilməsinin klassik metodu

Büdcənin talan edilməsinin klassik metodu

Bölmə: Fakt
Büdcənin talan edilməsinin klassik metodu
Azərbaycanda birdəfəyə 88 şirkət ləğv edilib. Müəyyən edilib ki, bunlara bir nəfər rəhbərlik edib və o, dövlət büdcəsi vəsaitlərini havaya sovurub.

Müxtəlif yollarla dövlət vəsaitlərinin oğurlanması barədə çox deyilib və konkret faktlar gətirilib. Hesablama Palatası da belə faktlarla mübarizə apardığını bildirir. Amma "Turan" agentliyi dövlət vəsaitlərinin mənimsənilməsinin klassik metodunu üzə çıxarıb. Birgünlük şirkətlər burada "birinci skripka"dır.

Ləğv edilən 88 şirkətin siyahısı "Turan"da var. Onlar 2013-cü ilin fevral-avqustunda əslən Astaradan olan gənc bakılı R.R.S tərəfindən yaradılıb. Sosial şəbəkələrdəki profilinə görə, Bakı Biznes Kollecinin məzunu sadə yaşayır: 100-ə qədər şirkətin sahibi dəbdəbəli avtomobillərinin fotolarını paylaşmır, profil fotosunda qar üstünə uzanıb.

Cüzi kapitallı yeni şirkətlər (hərəsi 10 manat) bütün dövlət strukturlarının tender və kotirovkalarında (XİN, DİN, Təhsil, Səhiyyə, Ədliyyə, Ekologiya, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri, RYTN, DSMF, Dövlət Miqrasiya Xidməti, yerli icra hakimiyyətləri, AMEA və s.) iştirak edib və qalib gəlib. Yalnız Prezident Administrasiyasının İşlər İdarəsi istisna ola bilər.

"Turan" hesablayıb ki, R.R.S-in indi ləğv edilən şirkətləri 3 milyon 677 min 569,72 manatlıq 115 saziş imzalayıb. Tender predmeti xüsusi ixtisas tələb etməyən fəaliyyətlərdir - müxtəlif tədbirlərin təşkili, mal və işlərin satın alınması. Məsələn, Sumqayıt səhiyyə müəssisələri bu şirkətlərlə 616 866 manatlıq müqavilə bağlayıb.

Nə tender komissiyaları, nə Satınalmalar üzrə Dövlət Agentliyi rəsmi məlumata (Vergilər Nazirliyi) görə, zəruri kadr potensialı olmayan bir şəxsin külli miqdarda dövlət vəsaitlərinin talan etməsini "sezməyib".

İqtisadçı-ekspert Natiq Cəfərli "Turan"a bildirib ki, birgünlük şirkətlər virtual büdcə xərclərini, məsələn, təmir-tikinti işlərini sənədləşdirmək üçün yaradılır: "Büdcə işlərində, xüsusən ƏDV mənimsəmək üçün belə şirkətlərdən istifadə adi hadisədir".

İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini Rövşən Ağayev hesab edir ki, belə şirkətlər korrupsiya mexanizmləri vasitəsilə yuyuln dövlət vəsaitlərinin izini itirmək üçündür: "Sazişlər belə şirkətlərin adına rəsmiləşdirir. Nağdlaşdırma əməliyyatı aparıb, həmin vəsaitlərin müəyyən hissəsini mənimsəyib qısa müddət sonra həmin müəssisələri bağlayırlar. Bu, ictimai vəaitləri oğurlamağın klassik üsullarından biridir. Vergi yoxlaması, Hesablama Palatasının auduti gəlmədən yoxa çıxırla