www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Vahid Ələkbərov Rusiyanın ən varlı iş adamları siyahısında 7-ci oldu

Vahid Ələkbərov Rusiyanın ən varlı iş adamları siyahısında 7-ci oldu

Bölmə: Fakt
Vahid Ələkbərov Rusiyanın ən varlı iş adamları siyahısında 7-ci oldu
Aprelin 17-də “Forbes” jurnalı 2014-cü il üçün Rusiyanın ən varlı iş adamlarının siyahısını açıqlayıb

“Media forum” saytının məlumatına görə, ən varlı iş adamlarının reytinq cədvəlinə 18 milyard 600 milyon ABŞ dolları dəyərində var-dövlətə sahib olan özbək Əlişir Usmanov başçılıq edir. Onun sərvəti ötən illə müqayisədə 1 milyard dollar çoxalıb.

Reytinq cədvəlinin ikinci pilləsində “Alfa-qrup”un Müşahidə Şurasının sədri Mixail Fridman (17 milyard 600 milyon dolar), üçüncü pilləsində isə “Renova” qrupunun Direktorlar Şurasının sədri Viktor Vekselberq (17 milyard 200 milyon dollar) dayanır.

“Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı Vahid Ələkbərov (13 milyard 600 milyon dollar) Rusiyanın imkanlı iş adamları siyahısının 7-ci pilləsində qərarlaşıb.