www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Hillary Clintonu dəstəkləyən ABŞ prezidenti Barack Obama da səs verib.

Hillary Clintonu dəstəkləyən ABŞ prezidenti Barack Obama da səs verib.

Bölmə: Dünya
 Hillary Clintonu dəstəkləyən ABŞ prezidenti Barack Obama da səs verib.
Obama :"Nə qədər ki, Amerika xalqı səs verəcək, biz yaxşı işləyəcəyik"

Hillary Clintonu dəstəkləyən ABŞ prezidenti Barack Obama da səs verib. O, Clintonun qələbə çalacağına inandığını deyib. Obama bildirib ki, " nə qədər ki, Amerika xalqı səs verir, biz həmişə yaxşı işləyəcəyik".

Donald Trump isə Nevada ştatında ilk iddiasını qaldırıb. İddiaya görə, ispandillilər olan dairədə seçki rəsmiləri erkən seçki vaxtı - noyabrın 4-də məntəqə bağlanandan sonra səs vermə növbəsinə durmağa icazə veriblər.

Nevada qanununa görə, axşam saat 8-də seçki məntəqəsi bağlanan vaxt növbədə kim varsa, səs verə bilər.

22:24
Trumpa qarşı 100 nəfərlik kütlə

Nyu Yorkda səs verməyə gələrkən Donald Trumpı azı 100 nəfərlik kütlə qarşılayıb. Onlar Trumpa qışqırırdılar ki, "Nyu York sizə nifrət edir"

Trumpdan jurnalistlər soruşub ki, Clinton qalib olsa, seçkilərin nəticələrini tanıyacaqmı? Trump cavab verib ki, "baxıb, görərik"
22:08
Səs vermə üçün növbələr

Ohayo ştatında seçki məntəqəsi açılmamış 150 nəfərlik növbə yaranıb

Hillary Clinton insanların səs verməyə can atdığını belə izah edib ki, həddən çox adam bu günki seçkilərin nəticələrini hesablayır.
21:33
Trump hələlik razıdır

Bu gün Nyu Yorkda Manhettendə xanımı Melania ilə səs verməyə gələn Donald Trumpdan soruşulub ki, seçkilərin əvvəli haqda nə deyə bilər? Narahatlığı varmı? Trump cavab verib ki, “Hər şey çox yaxşıdır”

Bu gün səhər Fox TV-yə telefon müsahibəsində də Trump demişdi ki, seçki kampaniyası çox maraqlı idi, “Amerika xalqı isə inanılmazdır.”

Donald Trump və xanımı səs verir.