www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Dünyanın ən bahalı şəhəri məlum oldu (FOTO)

Dünyanın ən bahalı şəhəri məlum oldu (FOTO)

Bölmə: Dünya
Dünyanın ən bahalı şəhəri məlum oldu (FOTO)
Bu siyahıya Sinqapur şəhəri başçılıq edir

İqtisadiyyat Dünyanın ən bahalı şəhərinin adı məlum oldu. ANS PRESS-in məlumatına görə, "Economist Intelligence Unit" adlı beynəlxalq təşkilatın iqtisadçıları tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, Sinqapurun paytaxtı Sinqapur dünyanın ən bahalı şəhəri hesab edilib.

Sinqapurun sabit valyutası olan Sinqapur dolları avtomobillərin istismarının və kommunal xidmətlərin yüksək dəyəri ilə birlikdə Yaponiyanın paytaxtı Tokionu dünyanın ən bahalı şəhərləri siyahısında birinci pillədən sıxışdıraraq çıxarıb.

İqtisadçıların gəldiyi nəticəyə görə, Sinqapurdan sonra dünyanın bahalı şəhərləri Paris, Oslo, Çürix və Sidneydir.
Mənbə
BBC