www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Türkiyənin vurduğu Su-24-ün "qara qutu"su Putinin masası üstündə

Türkiyənin vurduğu Su-24-ün "qara qutu"su Putinin masası üstündə

Bölmə: Dünya
Türkiyənin vurduğu Su-24-ün "qara qutu"su Putinin masası üstündə
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulan Su-25 bombardmançı təyyarəsinin “qara qutu”sunu prezident Vladimir Putinə təqdim edib.

“Biz pilotumuzu güllələyərək qətlə yetirən silahlıların olduğu ərazidə fəal iş aparmışıq. Bu ərazilər xüsusi əməliyyat qüvvələri və Suriya ordusunun xüsusi təyinatlıları tərəfindən azad edilib. Suriya hərbçiləri ərazini yoxlayarkən təyyarəmizin düşdüyü yeri aşkarlayıblar” - deyə Şoyqu bildirib.

Nazirin sözlərinə görə, silahlılar ərazini kütləvi şəkildə tərk ediblər.

Vladimir Putin Sergey Şoyquya “qara qutu”nu yalnız beynəlxalq ekspertlərin iştirakı ilə tədqiq etməyi tapşırıb.