SON DƏQİQƏ

Araz Əlizadə oğluna vəzifə verdi: “Parlament seçkilərində iştirak edəcək”

Tarix:17-10-2017, 15:35

Araz Əlizadə oğluna vəzifə verdi: “Parlament seçkilərində iştirak edəcək” Azərbaycan Sosial Demokrat Partiyasının XIII-cü qurultayı keçirilib. Qurultayda deputat Araz Əlizadə yenidən sədr, oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin seçilib. Partiya sədri Araz Əlizadə AzNews.az-a açıqlamasında bildirib ki, Səməd Əlizadə uzun illərdir ki, partiyanın üzvüdür: “2014-cü ildən o, beynəlxalq məsələlər şöbəsində fəaliyyət göstərirdi. İnanıram ki, biz bir-birimizi yaxşı başa düşəcəyik. Səmədin bütün Azərbaycan vətəndaşları kimi gələcəkdə parlament seçkilərində iştirak etmək hüququ var”. Araz Əlizadə qeyd edib ki, partiyada cavan kadrlara üstünlük verilir: “Bizim əsas məqsədimiz odur ki, partiya daxilində ziddiyət olmasın”.скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ