www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Ronaldonun sevgilisi: “Soyunmağımı istəyirlər” (FOTO)

Ronaldonun sevgilisi: “Soyunmağımı istəyirlər” (FOTO)

Bölmə: Dünya
Ronaldonun sevgilisi: “Soyunmağımı istəyirlər” (FOTO)
"Striptizçi, ya da barmen kimi rollar təklif edilir"
Son dövrün ən populyar modellərindən olan İrina Şeyk prodüser və rejissorların ona etdiyi təkliflərdən şikayətlənib.
Dünyanın ən bahalı futbolçularından biri olan Kriştiano Ronaldonun sevgilisi İrina Şeyk "Maxim" jurnalı üçün yeni fotosessiyaya çəkilib.

Model kariyerasında oluqca uğurlu addımlar atan rus maniken film sektorunda da özünü sınayıb. Jurnal üçün kamera qarşısına keçən 29 yaşlı gözəl açıqlamasında ona təklif edilən rollardan danışıb.

"Nə vaxt bir ssenari təklifi gəlsə, həmişə striptizçi, ya da barmen kimi rollar təklif edilir" - deyə, top model bildirib.

Model olaraq qazandığı imkanların ona kifayət etdiyini vurğulayan İrina aktrisalığın onun üçün sadəcə hobbi olduğunu söyləyib.
Ronaldonun sevgilisi: “Soyunmağımı istəyirlər” (FOTO)