www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Bu prezident sidiyini içir (FOTO)


Bu prezident sidiyini içir (FOTO)

Bölmə: Dünya
Bu prezident sidiyini içir (FOTO)
Morales çıxışı ilə hamını təəccübləndirib
Boliviya prezidenti etdiyi etirafla dünya gündəminə düşüb.
Cənubi Amerika ölkələrindən olan Boliviyanın prezidenti Evo Morales hamını təəccübləndirəcək etiraf edib.

Ölkənin ilk yerli prezidenti olan Morales ötən gün Koçabamba bölgəsində açılan və ən müasir tibbi avadanlıqlarla təchiz edilən xəstəxananın açılışında iştirak edib. Maraqlısı isə budur ki, prezident açılış zamanı çıxışında öz sidiyini dərman olaraq istifadə etdiyini etiraf edib.

"Kənddə yaşadığım vaxtlar öskürəkdən xilas olmaq üçün lampaya və vira-vira kimi bitkiləri istifadə edirdim. Bir gün həkimim sidiyimi içməyi tövsiyə etdi. Daha sonra ehtiyac duyduqca sidiyimi içməyi vərdiş halına gətirdim." - deyə, Morales çıxışında səsləndirib.

54 yaşlı prezident xalqı ənənəvi müalicə üsulu ilə yanaşı, müasir tibbi avadanlıqlardan da istifadə etməyə çağırıb.

Qeyd edək ki, Boliviyanın səhralıq ərazilərində sidik bəzi xəstəliklərin müalicəsində geniş şəkildə istifadə edilir.