www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Ailələr arasında qanlı dava: 4 ölü, 17 yaralı

Ailələr arasında qanlı dava: 4 ölü, 17 yaralı

Bölmə: Dünya
Ailələr arasında qanlı dava: 4 ölü, 17 yaralı
Əvvəllər də ailələr arasında münaqişələr olub
Türkiyənin Mardin vilayətində ailələr arasında baş verən dava ölümlə nəticələnib.
Mardinin Savur rayonunda yerləşən Kayadərə kəndində əvvəlcədən aralarında anlaşılmazlıq olan iki ailə dava edib. Davada silahdan da istifadə edilib. Nəticədə 4 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Hadisə ötən gün axşam saatlarında baş verib. Əvvəllər də bir neçə dəfə davaları olan ailələrin bu dəfəki dava səbəbi uşaqların bir-birinə söz atması olub. Səs-küyə gələn kəndlililər araya girməli olublar.

Yaralılar dərhal rayon xəstəxanasına çatdırılıb. Polis qüvvələri hadisənin yaşandığı Kayadərə kəndində, eləcə də yaralıların olduğu xəstəxanada geniş təhlükəsizlik tədbirləri görüblər.

Hadisə ilə bağlı istintaq işi başladılıb.