www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » 100-dək gömrük işçisi həbs edildi


100-dək gömrük işçisi həbs edildi

Bölmə: Dünya
 100-dək gömrük işçisi həbs edildi
İslam Kərimov 100-dək gömrük işçisini həbs etdirdi
Özbəkistanın Gömrük Komitəsinin 100-ə qədər işçisi həbs olunub. Onlar korrupsiyada ittiham olunur.

Gömrük işçilərini Milli Təhlükəsizlik Xidməti həbs edib. Bunu uzmetronom.com saytı xəbər verib. Özbəkistan hakimiyyəti bu xəbəri şərh etmək istəməyib.

Yada salaq ki, Gömrük Komitəsinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinin rəisi və onun müavini bu ayın əvvəlində prezident İslam Kərimovun göstərişi ilə həbs olunmuşdu.