www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Rusiya ilə Çin ABŞ-a qarşı birləşdi - Dollardan imtina

Rusiya ilə Çin ABŞ-a qarşı birləşdi - Dollardan imtina

Bölmə: Dünya
Rusiya ilə Çin ABŞ-a qarşı birləşdi - Dollardan imtina

Rusiya və Çin arasında ticarətdə ABŞ dollarından istifadə edilməyəcək. “Qafqazinfo” xəbər verir ki, haqqin.az-ın məlumatına görə, Rusiyanın VTB bankı ilə Çin bankı arasında bununla bağlı razılaşma əldə olunub. Rəsmi Moskva və Pekin uzun müddət idi ki, iki ölkə arasındakı ticarətdə ABŞ dollarının dominantlığına son qoymaq istəyirdi. Ukrayna hadisələrinə görə, ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi rəsmi Moskvanın belə addım atmasına səbəb olub.


Rusiya və Çin arasında əldə olunan razılığa görə ticarətdə rubl və yuandan istifadə ediləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putinin və Çin rəhbəri Si Tszinpinin iştirakı ilə nəhəng qaz müqaviləsi imzalanmışdı. Müqaviləyə əsasən Rusiya sonrakı 30 il ərzində Çinə ildə 38 milyard kubmetr qaz ixrac etməlidir. Müqavilənin ümumi dəyəri 400 milyard dollardan yuxarı qiymətləndirilir