www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Kişiləri gəlin gedən məmləkət

Kişiləri gəlin gedən məmləkət

Bölmə: Dünya
Kişiləri gəlin gedən məmləkət
Dünyanın ən böyük altıncı adası olan Sumatra zəngin təbiəti ilə yanaşı qeyri-adi evliliklərilə də fərqlənir

Həyat tərzi Dünyanın ən fərqli mədəniyyətlərindən birinə sahib olan İndoneziyanın Sumatra adası qeyri-adiliyi ilə seçilir.
Dünyanın ən böyük altıncı adası olan Sumatra zəngin təbiəti ilə yanaşı qeyri-adi evliliklərilə də fərqlənir.

Sumatra adası gölləri ilə seçilir. Dünyada bu adaya bolluq və bərəkətin mərkəzi də deyilir. Burada əhalinin dolanışığı qəhvədir. Dünyanın ən bahalı qəhvəsi də bu adada hazırlanır.

Sumatrada hazırlanan "Kopi Luvak" qəhvəsinin 100 qramının qiyməti 100 dollaradır.

Sumatra adasında məhsul yığımının sonunda inək yarışlarının keçirilməsi ənənəsi də var. Bu yarışlar Cənub-Şərqi Asiyanın sevimli oyunu hesab olunur.

İndoneziyanın Qərbi Sumatra adasında yaşayan 4,5 milyon əhalisi olan minanqkaban dilli cəmiyyət dünyanın ən böyük "matriarxal" (qadın hakimiyyəti) birliyidir. Burada kişilər evləndikdən sonra qadın evinə gəlin gedirlər. Evlənən kişilər qadın soyadını götürür. Arvadı tərəfindən küçəyə atılan kişilər üçün sığınacaqlar təşkil edilir.

Arvadı ölən kişilər çoldə qalmalı olur...