www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Rza Zərrab-Dövlət Baxçalı davası böyüyür


Rza Zərrab-Dövlət Baxçalı davası böyüyür

Bölmə: Dünya
Rza Zərrab-Dövlət Baxçalı davası böyüyür
Türkiyədə yaşayan azərbaycanlı iş adamı Rza Zərrabla bu ölkənin Milliyətçi Hərəkat Partiyasnın lider Dövlət Baxçalı arasında münasibətlər daha da gərginləşib. Türkiyə mətbuatının yazdığına görə, partiyanın qrup toplantısında çıxış edən Baxçalı Zərrab barəsində yenidən kəskin ittihamlar səsləndirib və onu “fırıldaqçı” adlandırıb:

“Fırıldaqçı iranlını xeyirxah biri kimi tərif edib həbsxana qapılarını üzünə açaraq onun hər kəsi məhkəməyə verməyə təşviq etmək səmimiyyətsizlikdir”.

Qeyd edək ki, bir müddət öncə Baxçalı Rza Zərrabı fırıldaqçı adlandırdığına görə iş adamı onu məhkəməyə verərək 100 min lirəlik təzminat davası açmışdı.