www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Putin özünün və Medvedyevin maaşını ikiqat artırdı


Putin özünün və Medvedyevin maaşını ikiqat artırdı

Bölmə: Dünya
Putin özünün və Medvedyevin maaşını ikiqat artırdı
Rusiya prezidenti aylıq maaşların 2,65 dəfə artırılması ilə bağlı sərəncam verib

İqtisadiyyat Rusiya Federasiyasının prezidenti Vladimir Putin özünün və baş nazir Dmitri Medbedyevin aylıq maaşının 2,65 dəfə çoxaldılması ilə bağlı sərəncam imzalayıb. ANS PRESS-in məlumatına görə, maaşın artması ilə bağlı sənəd Kremlin saytına yerləşdirilib.

Prezident bundan əvvəl demək olar ki, bütün yerdə qalan məmurların aylıq əmək haqlarını artırıb.

Rusiya hakimiyyətinin məmurlarının 2013-cü ildəki qazancları Kremlin saytında yerləşdirilib. У Bəyannamədə Putin və Medvedevin gəlirlərinin 2012-ci illə müqayisədə azaldığı müşahidə edilir. Belə ki, prezident keçən il 3,6 milyon rubl, baş nazir Medvedyev isə 4,2 milyon rubl qazanıb. Açıq hökumət işləri üzrə nazir Mixail Abızov qazancına görə hökumət üzvləri arasında liderdir. O, 2013-cü ildə 282,9 milyon rubl qazanc əldə edib.
Rusiya prezidentinin köməkçiləri arasında daha çox maaş alan İqor Levitindir. O, 2013-cü ildə 21,9 milyon rubl qazanıb.