www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Şimali Koreyada naziri diri-diri yandırdılar

Şimali Koreyada naziri diri-diri yandırdılar

Bölmə: Dünya
Şimali Koreyada naziri diri-diri yandırdılar
Şimali koreyalı nazir ölkə rəhbəri Kim Çen Inın bu yaxınlarda edam etdirdiyi qohumu ilə dost olduğu üçün belə ağır cəzaya layiq görülüb

Siyasət Şimali Koreyanın diktatoru Kim Çen In ictimai təhlükəsizlik naziri O Son Xonu dəhşətli üsulla edam edib. O, naziri odsaçan silahla diri-diri yandırıb.
Şimali koreyalı nazir ölkə rəhbəri Kim Çen Inın bu yaxınlarda edam etdirdiyi qohumu ilə dost olduğu üçün belə ağır cəzaya layiq görülüb.

Qeyd edək ki, Şimali Koreyanın nə etdiyini bilməyən gənc diktatoru bibisinin ərini Can Sonu da itlərə parçalatdırmışdı.

O Son Xona qarşı vətənə xəyanət ittihamı irəli sürülüb və o, xalq düşməni elan olunub.

Kim Çen In bildirib ki, nazir digər xalq düşməni Can Sonla əlbir olaraq ona İctimai Təhlükəsizlik Nazirliyini şəxsi mühafizə xidmətinə çevirməkdə yardım göstərib. Nazir "Koreya Xalq Demokratik Respublikasında korrupsiya faktlarını gizlətmək"də də ittiham olunub.

Kim Çen In qəddarcasına edamdan sonra İctimai Təhlükəsizlik Nazirliyinin ləğv edilməsinə əmr verib. Həmin nazirliyin daha 11 vəzifəli şəxsinin də ya güllələndiyi, ya da həbs düşərgəsinə göndərildiyi barədə məlumatlar yayılıb.